Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Sizə mən neyləmişəm

Mirzə Əli Möcüz - Sizə mən neyləmişəm
Sakura

Mirzə Əli Möcüz - Sizə mən neyləmişəm

Başıma zülf qoyub saqqalı yoldurmamışam, 
Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam, 
Cəddizin vəqf suyun mülkümə saldırmamışam, 
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
Bir qran pul apanb dövləti-İran dəridən,
Zülm edir firqeyi-qəssabə, utanmır tandan, 
Möhri-zibhiyyə alır bac ölüdən, həm diridən, 
Mən belə zülmü sitəm xəlqə reva görməmişəm, 
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
Görürsüz mən nə ajanam, nə qazax, ay kişiler, 
Görməyir qondara hərgiz bu ayaq, ay kişiler, 
Salmışam lifəli şalvanma bağ, ay kişiler, 
Pantalon geyməmişəm, bığlanmı burmamışam, 
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
Küfnmə hökm elədiz hansı günah ilə mənim? 
Cürmümü sabit edin bircə günah ilə mənim.
Nə təlaq ilə işim var, nə nikah ilə mənim,
Qızızı hazır edib məclisə, dindirməmişəm,
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
Mən filankəs deyiləm, siğəmə irad edəsən,
“Get, kəbin kəsmə” deyə, üstümə fəryad edəsən, 
Yıxasan xəlqin evin, öz evin abad edəsen.
Mən hələ hiç kəsin qəlbini smdırmamışam,
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?
Ey əmu, çək qılıncın, eylə mürəbbayə hücum, 
Şirbirincə1, xamaya, həm qara dolmaya hücum, 
Bicahət eyləmə çox Möcüzi-şeydayə hücum. 
Mən məgər ildə beş-on yol sizi güldürməmişəm? 
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR