Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Ay millət!

Mirzə Əli Möcüz - Ay millət!
Sakura

Mirzə Əli Möcüz - Ay millət!

Gözlәrizi yummayın, ey dustan,
Bir nәzәr eylün qәrә çaydanuza,
Başuzi yorğanә çәkib yuxlasaz
Düşmәn edәr qәsd genә canuza. 

Gәh yarısız başüzi, gәh çәrtisiz,
Bu nәdi, qardaş, düşünün bir özüz,
İndi ki, vardır sizin ağlar gözüz,
Ağlayın öz hali-pәrişanuza! 

Şam üsәrasın salısız yadә siz,
Pәs gәlisiz nalövü fәryadә siz,
Rәhm edin, ey qovm, bu arvadә siz
Ac idi, möhtac idi ehsanuza. 

Altı min övrәt gözü qürbәtdәdir,
Sübhü mәsa rәncü müsibәtdәdir.
Şam üsәrası bu vilayәtdәdir.
Pәs niyә olmur sәbәb әfğanuza? 

Qissәyi-qürbәt әridib canini,
Beh qoyub o, süfreyi-binanini,
Köynәyini, şalini, tumanini,
Rәhm edin, ey qovm, öz üryanuza! 

Dövrәni ifriti-cәhalәt alıb,
İş tapa bilmir, gәdә, millәt qalıb.
Ay kişilәr, gör necә yanğun salıb
Fәqrü zәrurәt odu İranuza! 

İndi bu ki, göydә uçar başyaran,
Başını şәst ilә açar başyaran,
Hәrmәlәni görsә qaçar başyaran,
And ola o kәlleyi-nadanuza!

İndi deyirsiz: Ağa, qurbanuvam,
Nasiri-әtfali-pәrişanuvam,
İştә qәmә, bәndeyi-fәrmanuvam
İzni verin, qan eliyәk qanuza!
 
Saymışam ağzızdakı dәndanızı,
Siz o deyilsiz, verәsiz canızı!
Batıracaqsız hamı tumanızı,
Şimri-lәin gәr gәlә-meydanuza.

Çün yığışar bir yerә tüccarınız,
Söhbәt edәr gör necә dindarınız,
Gör haralarda gәzәr әfkarınız,
Bir qulaq as söhbәti-әyanuza! 

Ay kişilәr, heç bilisiz neyliyәk?
Jonları qәddarә ilә peyliyәk,
Tazә dәbstanları sәdd eyliyәk,
Çün sovurur rәxnәlәr imanuza!

Firqeyi-әhrardı din düşmәni,
Yaxşıdır onlardan urus-ermәni,
Qırxdırın, ey qovmi-vәfa, kәllәni,
Bağ salın lifәli tumanuza!

Cәm olun, ey qovm, verin sәs-sәsә,
Qoymayın açsınla tәzә mәdrәsә,
Şәrә müğayirdi fizik, hәndәsә,
Köhnә kitabları yığın yanuza!

Dәrs verin oğluza Әbvabdәn,
Ya çәkin әl mәscidü mehrabdәn,
Eylәyin, ey qovm, hәzәr babidәn,
Qoymayın onları dәbistanuza!

Bir para qız namә yazır-bәrmәla,
Yollur onu Tiflisә, İstambula,
Qorxuram hәq göndәrә әbri-bәla,
Yağdıra daş bağuza, bostanuza! 

Qızlar oxur şәhridә alman kimi,
Şәhri görüm hәq edә Dilman kimi,
Qız nәdi kağız yaza oğlan kimi,
Tüf sizә, hәm dә o qәlәmdanuza!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR