Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Anbardara xitab

Mirzə Əli Möcüz - Anbardara xitab
Sakura

Mirzə Əli Möcüz - Anbardara xitab

Xuda rәhm etdi, nazil oldu rәhmәt:
Yağış yağdı, işıqlandı ziraәt. 

Yağış yağdı, yaşıl oldu çәmәnlәr,
Açıldı lalәlәr, xoş nәstәrәnlәr.
Yumuşandı zәmin, ey cüt sürәnlәr,
Öküz etmir daxı yerdәn şikayәt. 

Durun ey kövkәbi-bәxti yatanlar,
Durun, ey buğdaya arpa qatanlar,
Tökün göz yaşı, ey qәllә satanlar,
O qәdri ki, gözüz olsun cәrahәt.

Dedim: Buğda alıb yığsan sarayә,
Qәmin artar bulut gәlsә hәvayә,
Pulun çoxdur, apar ver qәndә, çayә,
Yağış yağsa ona vurmaz xәsarәt.
 
Yağış mәsrur edәr әhli-dehatı,
Ucuzlatmaz fәqәt çayı, nәbatı.
Ağırdır qәndü çayın maliyatı,
Ona nә sәndә var, nә mәndә taqәt. 

Yağış eylәr yeri sirab, әmoğlu,
Ucuzlatmaz suyu mirab, әmoğlu,
Verәr xeyri sәnә bu ab, әmoğlu,
Әgәr hәr gün yağa beş-altı saәt. 

Verәr su nırxına hacı tәrәqqi,
Xuda vermәz ona peyәmbәr hәqqi,
Sökәr beynün mirabın dәqqә-dәqqi,
Misali ibni Sәdi-bimürüvvәt.

Baharın çox gilası var, xiyarı,
Uşaq sahiblәri sevmәz baharı.
Sabah uşqun başın qovzar yuxarı
Yetiş imdadә, ya şahi-vilayәt! 

Uşaq: var-yox nәdir-bilmәz; deyәr: Al!
İlahi, olmayaydı kaş baqqal,
Әgәr sәn dә olaydın, sahib әtfal
Yaratmazdın bu qәdri nazü nemәt. 

Nә baqqalda var insaf, nә dәrәndә,
Hucum eylәr uşaq alça görәndә.
Palası sat vә ya qaç get Mәrәndә
Vә ya keç abirudәn ta qiyamәt. 

Qazandı yüz tümәn biçarә Möcüz.
Dedilәr: Al bir arvad, yatma yalqız.
Onu xәrc etdi toyda, qaldı pulsuz,
Gәl, indi eylә baiskarә lәnәt!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR