Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Allah

Mirzə Əli Möcüz - Allah
Sakura

Mirzə Əli Möcüz - Allah

Bir az istәr ayıla millәti-İran, allah!
Dәsti yorğanı çәkәr başına mollan, allah!

Yatdı nadan, qoyub sәcdәyә başini axund
Dedi: Ey cismimә can, dәrdimә dәrman, allah!

Yaradıbsan mәnә, yarәb, nә hәmәl heyvanlar-
Minmәsi, sürmәsi, yük çatması asan, allah.

Әql verrәm,-deyә vәd etdi bu biәqlә xuda,
Bilmirәm noldu sora, oldu peşiman allah?

Deyisәn: Etmә nәzәr arizi-xubanә tәrәf,
Niyә bәs xәlq olunub bir belә canan, allah?!

Yaradıbsan әlәfi ta edә xurak heyvan,
Xәlq edibsәn gülü hәm iyliyә insan, allah.

Gülşәni-hüsni edib xari-şәriәt qarәt,
Gör nә pis halә qalıb sibi-zәnәxdan, allah!

Şeyxәna, tazә әlifba ilә çox eylәmә cәng,
Düşmәni-din odu, bax, orda, nә sübhan allah!

Gör necә hәmlә edir iğ-bığı biçarәyә bu,
Cәng edir şәst ilә guya, bu komandan, allah!

Kaş sәn dә, üşüyәydin, belә mәxluq kimi,
Ta bilәydin nә çәkir qış günü üryan, allah!

Demirәm bu lütә bir dәst libas eylә әta,
İki arşın şilә ver, eyliyә tuman, allah!

Vermisәn bir aca otuz iki diş-misli-sәdәf:
Olmasa dәn, nәyә lazımdı dәyirman, allah?!

Görsәnir daireyi-ismәti bu acizәnin,
Gülmәyim mәn necә, ey xaliqi-mәnnan, allah!

Fәrci-Hәvvayә baxıb, güldü tamam hurilәr,
Çün soyundurdu onu xazini-rizvan, allah.

Baği-rizvandan ötürdün eşiyә tumançaq,
Kaş Adәm yemәyәydi iki buğdan, allah!

Nә günah sahibidi bu iki yaşında uşaq,
Qarnı ac, paltarı yox, ay sәnә qurban, allah!

Börkü yox, başmağı yox, peykәri üryan, bikәs
Dolanır kuçәvü bazarı pәrişan, allah!

Sәni raziq bilib әkdi bunu biçarә kişi,
Bilmәdi axır acından verәcәk can, allah!

Ey verәn bir sәlavәtә iki min qәsri-tila,
Evin abad ola, ey sahibi-ehsan, allah!

O imarәtlәri sat, tök füqәranin cibinә,
Ver o puldan mәnә dә bir-iki tümәn, allah.

İki buğdan yeyib Adәm neçә min il әvvәl,
Hәlә dә eyliri rüsvay onu Quran allah.

İstәyirdi biri mәsciddә xudadәn yorğan,
Gördüm ağlar, deyәr: "Ey qadiri-mәnnan, allah!"

Dedim: Axmaq kişi, gündә sәnә bir danә lavaş
Verә bilmir, necә versin hәlә yorğan, allah?

Ya gәrәk qoymayasan aduvu rәhmanü, rәhim,
Ya gәrәk eylәyәsәn әdl ilә divan allah!

Balı xәlq eylәmisәn yoxsulu çatdatmaq üçün,
Düzdü bu söz, demirәm mәn sәnә böhtan, allah!

Әlli yaşında Rәhim bal yemәyib bircә kәrә,
İldә yüz yol yeyәr әmma hacı Rәhman, allah!

Möcüzün bari-sitәm qamәtini etdi kәman,
Öldüm axir, yerә gәlsin görüm arxan, allah!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR