Dərc edildi: Baxış sayı: 552
Mirzə Ələsgər Növrəs - Məni-bimarə müddətdir olub yaği qara gözlər
Məni-bimarə müddətdir olub yaği qara gözlər,
Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
Töküb peyvəstə qanım mərdumu, dunyayə faş olmuş,
Olubdur ogri qaşının qan ortaği, qara gözlər.
Dəgil eymən xətasından nəzər ərbabı, ondandır,
Olub məkri-fusuni-hiylə yığnağı qara gözlər.
Əzizim, məhvəşim, şuxim, nigarım, bəs nədir bais,
Qara gundə qoyubdur əhli-uşşaqi qara gözlər?!
Nə curm etmiş, nəzərdən saldın axır rüzgar icrə,
Dəmadəm Növrəsi-məhzuni-muştaqi, qara gözlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət