Dərc edildi: Baxış sayı: 659
Mirzə Ələsgər Növrəs - Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,
Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Yenə ey şuxi-nuşinləb, xəyali-tari-zülfündən,
Əcəb olmuş pərişan haləti-sünbül cəmənlərdə.
Acılmaz həşrədək, ey qoncələb, yüz min bahar olsa,
Görübdür xəndeyi-psnhanini növgül cəmənlərdə.
Vüsalə həsrət oldum, mübtəlayi-hicrdir künlüm,
Tutam aranı sənsiz, ey gulum, müşkül cəmənlərdə.
Fəğanu naleyi-dil munisimizdir, bir tərəhhum qıl,
Deyil tənha, əzizim, Növrəsi-bidil cəmənlərdə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət