Dərc edildi: Baxış sayı: 1670
Mirzə Ələkbər Sabir - Sual-cavab
- Görmə! – Baş üstə, yumaram gözlərim.
- Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
- Bir söz eşitmə! – Qulağım bağlaram.
- Gülmə! – Pəkey, şamu səhər ağlaram.
- Qanma! – Bacarmam! Məni məzur tut,
Boyləcə təklifi-məhalı unut!
Qabili-imkanmı olur qanmamaq?
Məcməri-nar içrə olub yanmamaq?
Eylə xəmuş atəşi-suzanını,
Qıl məni asudə, həm öz canını.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət