Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir - Şikayət

Mirzə Ələkbər Sabir - Şikayət
Sakura

Mirzə Ələkbər Sabir - Şikayət

A kişi, bundan əzəl xəlqdə hörmət var idi, 
Binəva mollalara hörmətü izzət var idi!

Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,
Yer üzündə bərəkət, nemətü dövlət var idi!

Kimin ağzıydı ki, mən ağ deyənə qarə desin? 
Hər nəyə əmr eləsəm, xəlqdə taət var idi!

Hərə öz əmrinə məşğul idi başı aşağa,
Nə bu mollayə sataşmaq, nə bu söhbət var idi!

Elm hardaydı, müsəlman harada, qardaşım,
Nə tərəqqi sözü, nə söhbəti-millət var idi!

A dönüm başına, bilməm bu cavanlar nə deyir 
Ki, əzəl onlara nə qüslü təharət var idi!

Hamısı kafirə bənzer o həramzadələrin,
Nə müsəlmanlığa onlarda şəbahət var idi!

Bu yatan taifəni onlar oyatdı, heyhat!..
Keçdi ol dövr ki, mollalara rahət var idi!

Müftəxorluq nə gözəl peşə idi tutmuş idim,
Nə açan üstünü kann, nə şəmatət var idi! 

Ziddimə söz deyən olsaydı edərdim təkfır,
İşimi qurdalasın kimdə nə cürət var idi?

İndi bu xırda uşaqlar da edir tənə bizə,
Fövt olub getdi o əyyam ki, fürsət var idi!

Ah, əfsus ki, keçdi o gözel dövranım!
Rahət idim ki, bu xəlq içrə cehalət var idi!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR