Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Ələkbər Sabir - Meydana çıkıyor

Mirzə Ələkbər Sabir - Meydana çıkıyor
Sakura

Mirzə Ələkbər Sabir - Meydana çıkıyor

Mahmud mənəvi bir tərbiyənin, bir tərbiyeyi-diniyyənin ağruşi-himayəsində böyümüş, həyatı-ictimayiyyətdəki telxiyi-xudkamidən zərrə qədər nəsibədar olmamış idi. O, həyatını köyünün gözəl dağları, məşələri, çəmənləri, suları arasında böyütmüş; məişətin, zövqün, xüsusilə aləm-cədidin, əsri-tərəqqinin təkamülündən xəbəri yox idi… O, Allahın yolunda səbheyi-bihüdudunu çəkməkdən başqa bir məşğəleyi-madiyyə bilməzdi… Insaniyyətin məmləkətində tazə adı, tazə sədası hənüz eşidilməyə başladığı vəqt Mahmud istiğraqi-xamuşi içində təçəlliyatı-təbiiyyəsinin əşari-mütəsəvvifəsilə dəmgüzar idi…
          
Gözəl dağlar, gözəl çəmənlər, gözəl sular, - bunlar həp təbiətin vəsaiti-ilhamdır. Hər ruh öz nəsibeyi irşadını onlardan alır… Mahmud da təbindəki ilhamatı-mütəaliyyəsini o kimi şeylərə məcub görüyordu… 
          
Vətənin yeni-yeni sözlərini eşitdikcə, millətin növmi-əmiqini gördükcə fitrətində mərkuz olan hissi-atəşin inşiala başladı. Əvvəldən vətən, millət qayğısı yadına gelməzkən, indi vətən, millət fəryadlarını əyyuqə çıxarıyordu… Fəqət, çə sud? Nə bu fəryadı eşidəcəm cəmaət, nə də bu hissiyatı anlayacaq millət vardı!..
          
Bu hissiyatı-təsəvvüfün, təsəvvüf deyil, hissiyatı-təəssub və cəhalətin içində yaşayammaq imkani baş göstərdi. Zülam içində nur şəbpərə-təbanı-bəşəriyyət üçün ən biinsaf düşməndir. Mahmud da öylə oldu… 
          
Öz əviddası, öz əqrəbası, öz ailəsi onun xəsmi-canı oldular… O da öz ciyərparələrini bu gürunda, - elm, hürriyyət, insaniyyət, mədəniyyət uğrunda fəda etdi… Iğtirab etdi… Öz mühitini-içtimaisində bircə məsdəri-irfan və mədəniyyət bildiyi /…/ yə gəldi… Oh, artıq orada rahat idi, məsrur idi, məsud idi… onu üzünə qarşı təkfir, təlin etmiyorlar… Onun hürriyyəti-fikriyyəsinə, asari-qələmiyyəsinə cəbr ilə müqabilə etmiyorlardı… Hərgah ki, onun şəhərindəki rəfahi-məişəti yoxdu, fəqət səyi-qələmi ilə, namuslu, qeyrətli adilə ədəbiyyatı-milliyəsi arasında bir mövqeyi-mumtaz kəsb etmişdi… O, yazıyor, çalışıyor, bəşəriyyətə mərhəmət, şəfqət göstəriyordu. Bulunduğu yerdə bir əfkari-cədidə darülirfanında işğal etdiyi mövqei-tədrisi onun güzarışı-həyatına xadim olacaqdı. Indi hürr, asüdə bir fikrə malik. Müstərih!..

          
Pərəstişkarı bulunduğu həyati-mətbuata da bir kərə daxil olsa, artıq muranə olsa da, edəcəyi bu xidmətlə zövqi-mənəvisini tətmin, vicdanın qələyanını təskin edəjəkdi. Oylə də oldu. Yaxında tanıdığı bir qəzetin əzayi-amiləsi sırasına girdi. Mətbəənin pərişan və qəstəvətəngiz həyatını daha bilməyən bu adam ən az ücrəti-xidmətlə fəxuranə çalışıyordu. “Ruhum bu səydən məhzuzdur. Güc olsa da, dəvam edəcəyəm; çünki qayeyi-əməlim millətimə xidmətdir!” deyordu. O, əzayi-mətbuatın səyyanən həpsinə hörmət, məhəbbət göstərərdi, onları müslihi-insaniyyət bilərdi… Onları, əqidəsi əvamiri-ilahi olan - “mənim indimdə ən böyük ehsan, - beynübəşər təmini-səllah və səadətə xadim onların qulluğudur!” - fərmanını icraya müvəkkəl bilərdi.
Fəqət, heyhat!.. Təsadüf onu oylə aldatdı ki, bütün qeyzi-qəlbisi bir anda müşiş bir qüvveyi-müdəxxərə kimi patladı… Qəzetənin müdiri xülqən adi, təbən dəni, vicdanını mənfəəti-şəxsiyyəsi uğrunda paymal etmiş bir axtakar idi…
O, heç bir vəqt inanmıyordu ki, boylə bir vicdan, boylə adi bir ləamət mətbuatı-milliyyəsinin bir üzvi-mühummündə bulunsun; lakin gərəkdir ki, bu həqiqəti layiqilə öyrənsin. Pərəstişkarı olduğu bu səhaifi-mətbuata boylə alçaq və müxərrib bir mikrob nə surətlə yapışdığını öyrənmək istiyordu.
Bir gün vəzifəsilə məşğuldu… Mürəttiblərin birinin şəkvayi-mütəzəllimanəsini eşitdi. Təsiri artdı, riqqəti-şəriyyəsi həyəcana gəldi. Taziyaneyi-atəşbar olan xaməyi-cəvvalından qeyri-ixtiyarı bir qaş misra töküldü… Pək acı idi. Özü də ağladı… Daha mütəyəqqiz, daha maraqlı bir surətdə tədqiqi-mühitə başladı… Oh, pək bərbad, pək məlun bir heyat!... Hər kəs ondan nifrət ediyor… Şəxsən mərufu olan hər kəs onu mənfur, ləim, adi biliyor… Fəqət, heyhat! Bir vərəqəyi-mətbuənin sahibi, əfkarı-ümumiyyənin şəxsən tanımadığı bu çəhreyi-siyahi-şeytənət halda ortada dolanıyor, yaşayor…
Mahmud daha ziyadə tədqiqatda bulundu.. Oh, işin içinə girdikcə, müləvvəs bu adam insaniyyət, maarif, vətən düşməni imiş! Bir vəsiləyi-ittifaq və ittihadın pərişanı və izməhlalına da səbəb oluyor… O, darüttəhsil təkamülu arasında oynadığı rollar ilə inqirazına da badi olmuş… Bütün heyəti-təlimiyyə onu təlin etmiş.
Daha, daha… əvət o, hətta yeni oyanan və bu yenilik uğrunda başlar verən, qanlar tökən bir millətin əfradi-məsuməsi arasına da ixtilaf salıyor və bulanıq suda balıq ovlayacaq; artıq hər tərəfdən özünə qarşı çevrilən ənzari-istikrahın önündə fəsad ilə təmini-məişət edəcək… Mümkün olursa yaşadığı məmləkətin qanuni-istibdadına müraciət edərək kəndisindən maədə bütün məbuatı-mövcudənin də səddinə çalışacaqmış!
Heyhat, heyhat! Bir qəzetə müdiri… boylə bir dəni, boylə binamus olsun?! Mahmud bir dulu fikrinə bu halı sığdıramıyordu və mətbuat içində boylə bir lövnin əfkari-ümumiyyəyi, milləti aldadaraq ləkələdiyinə təhəmmül edəmiyordu.
Nəhayət, işin meydani-sübut və ələniyyətə çıxması, əvət, bu rəzil məxluqun, bu müzur bəşər parçasının yox olması gərəkdi…
Mahmud zatən bəşəriyyətin ridayi-din arxasında aciz, səfil, biidrak məxluqları hiylə və riya ilə ifğal ədn abai-istibdadın həpsini təlin edərək çəkilmişdi.
Şimdi də qeyrəti-vətəniyyə, həmiyyəti-milliyyənin kursiyi-xitabəti, səhifeyi-təbliği möhtərəm bir vasiteyi-irşad olan qəzetənin də pərdeyi-nifaq və şiqaq olmaz üzrə istemal edildiyini görüncə, büsbütün cahanda şayani-etimad bir şey olmadığına qail olacaqdır.
Fəqət, ömrünün üçdə ikisini bir əmayi-cəhl içində keçirdiyi halda əvaxiri-əyyamında xəyalına aşiq olduğu mədəniyyətin ənvari-feyzafeyzindən binəsib olmaq - bir intihari-mənəvidən başqa bir şey deyildi. Təhəmmül edə bilmədi. Dərunində bir hüzni-yetimanə doğdu. Vəchən mərarəti-qəlbiyyəsi görülməyən bu adamın gözlərində şimdi sönük, yorğun bir şöleyi-nifrət fişqırıyordu. Insanlarda bu hal nadirən görünür; lakin bu kimi əlayimi-vəchiyyə oylə dərin əsrari-ruhiyyənin tərcumanı olur ki, bunu məhsusati-madiyyə ilə təbliğ və ifadə qeyri-qabildir. Bu kimi infiaları-mənəviyyə əsnasında arzu edilən hər şey səmimidir, həqiqidir. Adətən icabət qəbuli-indəllah mühəqqəq olan xülusi-niyyət, iştə o halın vücudu deməkdir. Xuşu və xuzui-ruh boylə bir həyəcanın əsabi təhrik etməsindən başqa bir şey deyildir.

  • * *

Idarəni tərk etməyə qərar verdi. Bu qərarın dəşəti o anda vücudunu sarsıtdı… Dımağında bir ixtilali-zehni hüsülə gətirdi. Məişəti-nəfsi deyil, iaşəyi-əyal… kiçik, məsum, bircəcik yadigarı-həyatının nəştəi-istiqbalı gözünün önündə təcəssüm ediyordu. Boynu büküldü. Bədən donmuş bir cism kimi tərliyordu.
Əvət, oradan alacağı içrətin gündəlik hissəsi müdirin ancaq bir çay sərfinə təqabül etdiyi halda, bu qənaəti-sabiraneyi istəhqarən kəndisinə edilən müamiləyi-bişüurə də boyun bükməyə məcbur idi.
Şair, həyatin boylə məhluk bir zərbəsinə şimdiyə qədər daha təsadüf etməmişdi.
Bu təsadüf onun qəlbində bir etimad oyandırdı. Bu etimad, özünə zülmü, etisafı rəva görənin müqərrər izməhlalı idi. Bu hissi-qəblelvüqu ruhuna təsəlibəxş olur. Gözlərində husüli-əməldən mütəvəllid bir şoleyi intiqam parladı, yenə söndü. Vətənində müləvvəs də olsa, bir cüzi mətbuatın məhvi sürurünü sındırdı.
Başqa bir idarəyə intisabə qərar verdiyi vəqt mütərəddid idi; qəbulu, məşkuk idi. Müraciət etdi. Naümid bir ricət, bir vəsileyi-qəhr daha çıxdı. Ən ziyadə məzhəri-əmn və timad olduğu səcayayi-məqbulədə yeni bir hakimiyyəti-mütəəbbidə arzusu istişmam ediyordu. İğbirarı-dəruni getdikcə təzayud ediyor. Hər gün bəlkə yüzlərcə beyt söyləyəcək qədər iti olduğu qəriheyi-ibdai şimdi təəlumatı-dəruniyyəsini təfsir edəcək bir kelmə bulunmaqdan aciz idi.
Çıldırmış kimi sokağa çıxdı. Bütün sokaqlarda bir vəlvəleyi-məişətin hayü huyi-şəmatəti beynini sarsıtdi. Görüyör, məcməi-ənam olan mahal, bir səmayi-muzi altında elektriklə nurlanmış bir süvri-şəbanə halında görünmüyor idi. Musiqi bandosunun vəqur və mühəqqir ahəngi-ruhnəvazi təbdili-hissiyatına yardım etdi.
Öz mövqei ilə mühitindəki bu cəmaəti-şəbistanı müqayisəyə başladı.
Hər kəsin üzündə bir əsəri-sürur var; gülüyorlar, oynuyorlar, qoşuyorlar… Aşinalar, əhibbalər bir-birini ibtisami-məvəddətkaranələrilə salamlıyor. Tək, bircə tək özü fikirlidir. Artıq onun səmayi-ilhamatında bir tülui-möhtəşəm doğmuyor; afaqi-həyatı məişəti qara bulutları altında görüməz olmuşdu.
Geniş “Millət bağı”nın müntəzəm xiyabanı altında dalğın-dalğın gəziyordu. Hər biri birər sövdeyi-məğrurun hakimi ədd edilən qadınların ənzari-dilpəziri onu cəzb edəmiyordu. Kəndi-kəndinə, təsviri-halə müvafiq bir kəlmə bulamadığına pək mütəəssir idi.
Bağın hicfa bir guşəsinə getdiyindən xəbəri yoxdu. Bir əlin umuzuna toxunduğunu uyqudan ayılırcasına bir təhalüklə hiss etdi.
- Həzrət! Bu pərişanı-əfkar nə? Dünyayı görmüyorsan ki!.. - deyə rəfiqini, boğazında tıxılan boğuq bir səda ilə salamladı.
Arqadaşı demişdi ki:
- Səninki işi bitirdi. Artıq qəzetə çıxmıyor…
- Əcəb! Neçün?
- Neçün olacaq, artıq bütün heysiyyəti-müləvvəsəsini hər kəs tanıyor. Zatən …dən para da heç kəsə çatdıramıyor ki…
Artıq indiyə qədər bütün bu binəva millətin müqəddəratına, taleinə bir pis ləkə salan əfalı-müləvvəsə “meydana çıkıyor…” və daha bu qoyun sürüsünə bənzəyən insanların heyvaniyyəti əbədi qalmayacaq ki! Əlbət:
“Zalimlərə bir gün dedirər qüdrəti-mövla:
Tallahi ləqəd asərəkəlləhu aleyna”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR