Dərc edildi: Baxış sayı: 1293
Mirzə Ələkbər Sabir - Həvəs
Həvəs sövq eylər insanı həyatə,
Ətalət cəlb edər şəxsi məmatə;
Həvəs isal edər zatı səfayə,
Ətalət mübtəla eylər bəlayə;
Həvəs pirayeyi-əqlü hünərdir,
Ətalət mayeyi-iczü kədərdir;
Həvəsdən nəşət eylər həp fəxarət,
Ətalətdən törər min-min xəcalət;
Həvəs səhrası əmniyyətfəzadır,
Ətalət təngnası bir xətadır;
Həvəs birlə tərəqqiyyat dərkar,
Ətalətdən əməl mənkusü idbar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət