Dərc edildi: Baxış sayı: 1647
Mirzə Ələkbər Sabir - Bir məclisdə on iki kişinin söhbəti
Vəkil
Həqsizə həqli deyib, bir çox günahlara batmışam.
Həkim
Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.
Tacir
Mən həlal ilə həramı bir-birinə qatmışam.
Rövzəxan
Ümmətin pulun alıb, mən gözləri islatmışam.
Dərviş
Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.
Sofi
Ruzü şəb həq-həq deyib, mən kəsi oynatmışam.
Molla
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
Elm
Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.
Cəhl
Ortada kef eyləyib, mən həm məramə çatmışam.
Şair
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
Əvam
Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.
Qəzetçi
Mən çəridəm dolmaq üçün mətləbi uzatmışam.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət