Dərc edildi: Baxış sayı: 1619
Mirzə Ələkbər Sabir - Analar bəzəyi
Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.
Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?
Cəmadə fəxr isə şayani-ümmühat deyil.
Həqiqi validənin ən şərəfli bir bəzəyi –
Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil.
O madərin ki, yox övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil.
Həyata layiq olan ziynət – elm gövhəridir
Ki, boylə bir dirilik qabili-məmat deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət