Slimfit
  1. BİOQRAFİYA

Mirzə Cəlal Yusifzadə

Mirzə Cəlal Yusifzadə
Sakura

Mirzə Cəlal Yusifzadə (1862–1931) — "Fərhad və Şirin" operasının müəlliflərindən biri, maarifçi ziyalılar nəslinin nümayəndəsi, Taciklərin ilk qəzetlərinin naşiri və redaktoru, Difai Partiyasının üzvü

Həyatı

Mirzə Cəlal Yusofzadə 1862-ci ildə ildə Qarabağda, Şuşada anadan olmuş, ilk təhsilini də burada almışdır. Ərəb və fars dillərini mükəmməl öyrənən Mirzə Cəlal təhsilini sonra Təbriz şəhərində mədrəsədə davam etdirmişdi. Təhsilini tamamlayandan sonra Qaryagin (indiki Füzuli) şəhərinə gəlmiş, bir müddət məscidin nəzdində məktəbdarlıqla məşğul olmuşdu. Mirzə Cəlal Yusifzadənin həyat və fəaliyyətinin bir mərhələsi də Orta Asiya ilə bağlı olmuşdur.

Mirzə Camal Yusifzadə Difai Partiyasının Qaryagin şöbəsinin üzvü idi. Erməni silahlılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi.

O, 1912-ci ildə Buxarada çıxan ilk tacik qəzeti "Buxarayi-şərif", eləcə də "Turan" qəzetinin redaktoru və naşiri olmuşdur. Pedaqoji fəaliyyətlə yanaşı, ədəbiyyat və poeziyanı dərindən bilən Mirzə Cəlal qəzəllər, mənzum hekayələrdə yazmış, muğamları da gözəl bilir, ifa edirdi. M.C.Yusifzadənin musiqi təhsili olmamışdır. Lakin o məhz musiqi tarixinə "Fərhad və Şirin" operasının müəlliflərindən biri kimi daxil olmuşdur. Fərhad və Şirin — 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında yazılmış və ilk dəfə 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmiş Azərbaycandilli operadır.

Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhiəlik kitabça şəklində nəşr edilmişdir. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhifəlik kitabça şəklində nəşr edilmişdir.

Onun babası, soyadının qaynaqlandığı Mirzə ağa Yusif Qarabağda, İbrahim xanın sarayında müdrik şəxsiyyət, alim və şair kimi rəğbət qazanmışdır. Atası Axund Hacı Mirzə Ələkbər ağa Yusif oğlu Şuşada milli ruhlu maarifpərvər, yüksək təhsilə malik, ərəb, fars və türk dillərini mükəmməl bilən xeyirxah ziyalı və nüfuzlu şəxsiyyət kimi tanınırdı. Qarabağın əsilli-nəcabətli soylarının birindən ilham alan Mirzə Cəlal Yusifzadə haqqında ilk dəfə yığcam və səhih məlumata Azərbaycan ədəbiyyatında və mədəniyyətində şair, təzkirəçi və musiqişünas-alim kimi yer alan Mir Möhsün Nəvvabın 1892-ci ildə (hicri 1310) hazırladığı "Təzkireyi-Nəvvab" kitabında rast gəlirik. Onun doğum tarixi, məşğuliyyəti və xarakteri haqqında M.M.Nəvvab yazırdı: "Cənab Axund Mirzə Cəlal Axund Hacı Mirzə Ələkbər oğlu Qarabağ vilayətinin əhalisindəndir. 1277-ci ildə anadan olmuş, hal-hazırda 33 yaşı var. Xoşqamət, xoşxasiyyət və xoştəbiət bir cavandır. Özünəməxsus gözəl xasiyyəti var. Qarabağ üləmalarındandır. Kermanda cənab Hacı Məhəmməd xan bin Hacı Kərim xan bin Zəhir əd-dövlət İbrahim xan Qacarın hüzurunda on il elmləri təhsil etmişdir. Bəzən türkcə və farsca şeirlər yazır. Şeirləri, pərakəndədir, divanı yoxdur. Aşağıda yazılmış şeirlər o cənabın təbindəndir. 1310-cu ilin rəbbi-ül-əvvəl ayında öz dəsti-xətti ilə yazmışdır".

O, 1931-ci ildə vəfat edib.

Ailəsi

A.Yusifzadə qeyd edir ki, atası Mirzə Cəlalın ilk nikahdan bir oğlu (Əli Yusif, 1898–1937) və iki qızı (Səhba, 1896–1923; Şəhla, 1900–1959) olmuşdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR