Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Bəylər - Sənin

Mirzə Bəylər - Sənin
Sakura

Mirzə Bəylər - Sənin

Düşdü yada, dilbəra,
Zülfü-pərişanın sənin.
Yetdi ətri çün dimağa
Müşki-əfşanın sənin.
Süsənü sümbül, sənubər,
Lalə, reyhanın sənin;
Və düzülmüş sərbəsər
Yengi xiyabanın sənin;
Neylərəm baği-behişti,
Bəsdi İrizvanın sənin.

Qaşlarının tağının
Qıyqacına heyran mənəm;
Mailəm, müştaqıyam,
Eşqində sərgərdan mənəm;
Sailəm, misgin mənəm,
Biçarəvü giryan mənəm;
Şol qoşa düşmüş xəttə 
Canın qurban edən mənəm;
Qoysa gər minnət bu cana,
Tiği-bürranın sənin.

Ərz edim, canım sənin 
Həzzarına olsun fəda;
Nərgisə tən eyləyən
Şəhla gözün, ey məhluqa!
Hüsnünə rağib edib 
Göydə mələklər cabəca;
Zikr edərlər dəmbədəm.
Dildə diləllər “mərhaba!”
Nazir olsa göylərə,
Ta çeşmi-məstanın sənin.

Al yanağa bənzəməz
Baqi-İrəmin gülləri;
Qümrə və peyhano, nanə,
Yasəmən sünbülləri;
Oxuşan şamü-səhər
Həm tutiyi-bülbülləri;
Lal olur görcək yanağın
Zinətinin dilləri;
Batil etmiş cümləsin
Təzə gülüstanın sənin.

Ləblərin yaquta bənzər,
Ya da laləyə əhməri;
Şəhdü çün tamı ləzizdir,
Misli Tehran şəkkəri;
Acizə əhli-səxa
Əsirgəməz simü-zəri;
Qapına sail gəlib,
Ey nazənini-xavəri!
Rəhm yox səndə məgər,
Bəs, hanı ehsanın sənin!?

Dişlərin mirvaridir.
Ləli-Bədəxşan, gövhər;
Ya sədəf, ya incidən
Ləblərin memari-qüdrət
Sətri düzüb kilki-qədər;
Xoş çəkib güldən çəpər;
Görməsin hasid baxanda,
Ya münafiq bədnəzər;
Saxlanır pünhan xəzinə
Dürrü-dəndanın sənin.

Mən səni sevdim, məgər
Eyləmişəm xeyli xəta!?
Adəti qoyub gedibdir
Babamız Adəm Ata.
Məndə yox səbri-sükut,
Səndə yox qədri-əta;
İki “yox”dan nə çıxar,
Bəlkə, çıxa və həsrata;
Beylədirmi, doğuru de,
Yandırma imanın sənin.

Zəmzəmimdir, zairəm
Cahi-zənəxdanın sənin;
Gəbğəbi-simin sərasər
Zəcri-zindanın sənin;
Ey gözü şəhla, üzü gül,
Bəsdi dövranın sənin;
Çeşmimin bəstindədir
Şəkli-xuramanın sənin;
Mirzədir faş eyləyən
Dillərdə dastanın sənin. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR