Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Baxış Nadim - Bu

Mirzə Baxış Nadim - Bu
Sakura

Mirzə Baxış Nadim - Bu

Ey mənim canım alan, səndə nə adətdir bu?
Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Səni yaxşı deməyir xalq, məlamətdir bu,
Sizə hərcayi desəm mən, nə ləyaqətdir bu?
Demə boş söz danışır, cayi-şikayətdir bu!

Kimdir olsun bu gözəllik əməlinə məğrur,
O1 qədər çəkməyəcəkdir, olacaq ondan dur,
O zaman faidə verməz kim, olursan məzur,
Kəsbi-fürsət edibən guşeyi-xəlvət tuta gör,
Gəl eşit pəndimi bir rahi-səadətdir bu!

Sübh fəryadü fəğan hasil olur bülbüldən,
Əsəri-ülfət ilə dostluq umardı güldən,
Eşq peyvənd olunub cisminə ta əvvəldən,
Tutuban çaki-giribanını, qoymur əldən,
Göstərir aşiqinə, rəsmi-məhəbbətdir bu!

Sən kimi görməmişəm mahvəşi-dünyani,
Zibü zinət, bu deyil həddi-gözəllik, tani,
Ey vüsali-hərəmin aşiqə can dərmani,
Yenə pünhani baxıb hərdəm alırsan cani,
Eyləmə, aləmi-dostluqda xəyanətdir bu!

Rəhm qıl, Allaha bax, qoyma məni bu qəmdə,
Dərdü qəm kəsrətü-tüğyan eleyib sinəmdə,
Dil qalıb ahü fəğan içrə, gözüm dərnəmdə,
Qılır ecazi-Məsihanı qaşın hər dəmdə,
Bilmirəm sehrdi, ya əhli-kəramətdir bu?

Bir belə şux gözəl görməmişəm dünyadə,
Rəhm edib aşiqini salmaya heç bir yadə,
Almağa qaşü gözü can durub amadə,
Oxşayır xanəxərab can alıcı cəlladə,
Yoxdur insaf əsəri bunda, nə hikmətdir bu?

Məni-aşüftədili eyləmisən tərki-vətən,
Necə kim aşiqdir Leyliyə Məcnun gendən,
Dönməzəm, başın üçün, hərgiz ölüncə səndən,
Nə müddətdir çəkirəm həsrətivi, simintən,
Yanıram atəşi-eşqində, mürüvvətdir bu?!

Vədeyi-vəslə əgər sadiq isən, bismillah,
Ruzi-əvvəl sənə bel bağlamışam, həqqə pənah,
Eyləmə dəsti-ümidim ətəgindən kutah,
Eşidəm bizdən əgər, yar, uzaqsan, billah,
Qılaram şiveyi-tufan, necə söhbətdir bu?!

Müxtəsər, hər nə isə başıma düşdü sevda,
Kəsrəti-ləşkəri-üşşaqdə qaldım tənha,
Qaşı tufani-bəla, nərgisı-dür, göz şəhla,
Olmağım sən kimi Leyla səbəbindən rüsva,
Mənim, əlbəttə, cünunluğına dəlalətdir bu.

Kuyinə gər desələr var münasib cənnət,
Huriyü qılman gərək, yoxsa nədir bu söhbət,
Sən kimi mahliqayə nə bəzək, nə ziynət,
Qürrətül-mahi qaşın tərhilə çəkmiş qüdrət,
Xəlqlər əhməq olurmuş nə şəbahətdir bu?!

Nə deyim, eşq təriqində əcəb qaldım zar,
Ahü fəryadü fəğan rizqim olub leylü nahar,
Eşq zənciri sərimdə dolanıram bazar,
Bu nə sözdür, səni hərcayi deyirlər əğyar,
Tövbə qıl, tərk elə, səndə nə təbiətdir bu?

Hüsni-ruyin dili-üşşaqə fərəhəfzadır,
Zülfü xalın bir olan ildə şəbi-yeldadır,
Qamətin sərvi-xuramandı və ya rənadır,
Qaşların aləm arasında yədi-beyzadır,
Kilki-təqdir ilə çəkmiş, yədi-qüdrətdir bu.

Rəhi-eşqində, qərəz, bil ki, yetişdim canə,
Ağlamaqdan gözümün əşki dönüb ümmanə,
Əql yox, tərqdə Məcnun kimiyəm divanə.
Ləhzeyi pişi-xəyalımdan ola bir yanə,
Öldürür Nadim özün, bil ki, qiyamətdir bu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR