Dərc edildi: Baxış sayı: 830
Mirkazim Nikbin - Yenə
Yenə narazıyam özüm özümdən,
Yenə duyğularım dən-dən olubdur.
Kölgəmdə uzaqdan izləyir məni,
Sanki oz əslinə düşmən olubdur.
Xəyalım dunyanı dolanır dönür,
Bəynimdən min fikir, min sual ötür,
Zaman axışında 1 anlıq ömür,
İnsançün tukənməz gülşən olubdur.
Yenə düşünürəm yenə hər şeyi,
Hər kəsin bir şeydən vardır gileyi,
Suyundan sərxoşsan, bir duşun meyi,
Dünya başdan edən, nədən olubdur?!
Mən dəli olmayım, neyləyim daha,
Naməlumlar məlum yalnız Allaha,
Niyə əsir olur insan tamaha,
Cənnətə varıyla düşən olubdur?!
Mirkazim qəribsən səndə dunyada,
Sınaqçün atlılıb hər kəs bu oda,
Kimin ehtiyacı olsa imdada,
Bil Allah köməyi hökmən olubdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət