Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Tutuşmaz çaları ağla, qaranın

Mirkazim Nikbin - Tutuşmaz çaları ağla, qaranın
Sakura

Mirkazim Nikbin - Tutuşmaz çaları ağla, qaranın

Dünyanı dost tutmaq istəmə olmaz,
Tutuşmaz çaları ağla, qaranın. 
İnsana güvənib arxa çevirmə,
Sağalmaz qaysağı heç vaxt yaranın.

İt ilə aşina olma comaqsız,
Tüstü heç çıxarmı odsuz, ocaqsız,
Hər sözü danışıb sanma qulaqsız,
Qulağı səndədir dağın, aranın.

İlkini bilməyən sonunu görməz,
Sonunda gülməyən çox uzun gülməz,
Kafir haqqa baxar gördüyün bilməz,
Aydınlıqla bitər sonu toranın.

Dəyirlər dünyanı xilas edər tək,
Gözəllik, məhəbbət, bir də saf ürək,
Axı bu dünyamız fanidi gerçək,
Zay olar əməyi beyin yoranın.

Qonağıq ey dünya beş günlük sənə,
Daimi sakinin kimdir?, de mənə,
Mirkazim nə fərqi dostla, düşmənə,
Haqqla oturanın, haqqla duranın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR