Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Sən hər bir yerdəsən, yoxdada varsan (Həyat Yoldaşıma ithaf edirəm)

Mirkazim Nikbin - Sən hər bir yerdəsən, yoxdada varsan (Həyat Yoldaşıma ithaf edirəm)
Sakura

Mirkazim Nikbin - Sən hər bir yerdəsən, yoxdada varsan

Bu qədər gözlətmək nəyə gərəkdi?
De harda qalmışdın bu vaxta qədər.
Səni tanıyandan, səni görəndən,
Bildim keçən ömür boş imiş hədər.

Səhərlər üfüqdə doğan günəşim,
Gecələr səmamda ayımsan mənim.
Bitməzdir könlümdə eşqim atəşim,
Taledən ən böyük payimsan mənim.

Sən mənə lazımsan hava tək, su tək,
Bu qədər vacibsən, bu qədər gərək.
Səni sevir ağlım, ruhumla gerçək,
Bunu anlamayır nə göz nə ürək.

Sən zülmət içində bir cıraq kimi,
Yoluma saçılan işıqsan, nursan.
İsidib ruhumu bir ocaq kimi,
Sən hər bir yerdəsən, yoxdada varsan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR