Dərc edildi: Baxış sayı: 718
Mirkazim Nikbin - Qəlbimi qəlbinə al çalaq eylə
Tutub əllərimdən saxla yanında,
Qəlbimi qəlbinə al çalaq eylə.
Yaşat sevgin ilə məni canında,
Hər kəsdən hər şeydən çək, uzaq eylə.
Gir könül bağıma eşq gülümü dər,
Məni Leyli gəzən Məcnuna döndər,
Qəlb evinə mənə bir dəvət göndər,
Gəlim, bir ömürlük tut qonaq eylə.
Her neyin var ise menimle paylaş,
Geçikmə heç nəyə, sonra demə kaş,
Qoy bizi sevgiden bürüsün telaş,
Eşqini qelbimde od, ocaq eylə.
Sənə vurulmuşam, gizlədim necə?
Səni düşünürəm sənsiz her gecə,
Mene men seninem demeden öncə,
Könlünü elinde ağ bayraq eylə.
Təsadüf deyildir bu görüş inan,
Mən sənə yar olum, sən mənə canan,
Sən hakim, mən məhkum olduğum zaman,
Ömürlük hebs oxu tut, dustaq eylə!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət