Dərc edildi: Baxış sayı: 921
Mirkazim Nikbin - Kim desə sənsiz mən olmam yalandı
Etibar eyləyib həyat vəfana,
Mənim tək həyatda kimlər aldandı.
Gələcək uğrunu bugünü satdı,
Axşamdan səhərə cıxacaq sandı.
Kimlər sahib çıxdı ömrə, həyata,
Onlar həsrət qaldı daim rahata,
Səni xilas etməz bil, ana, ata,
Ancaq əməlimiz bizə qalandı.
Mən öləndə kim olacaq ağlayan,
Kim olacaq daim qara bağlayan,
Üzdə dərd dağlayıb, qəldən cağlayan,
Torpaq incinidə gözdən salandı.
Öldün unuduldun belədir qayda,
Ən çoxu qalarlar bir illik vayda,
Gözəl insan olsan verməz bir fayda,
Kim desə sənsiz mən olmam yalandı.
Həsrətdən, hicrandan, dərdən yoğrulub,
Şaxtadan, soyuqdan, qışdan sovrulub,
Yazda çiçəkləyib, yayda qovrulub,
Payızda saralan, ömür bir andı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət