Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Daha zayı çıxıb bəşəriyyətin

Mirkazim Nikbin - Daha zayı çıxıb bəşəriyyətin
Sakura

Mirkazim Nikbin - Daha zayı çıxıb bəşəriyyətin

Oğruyla oğru ol, doğruyla doğru,
Yamandan yaxşılıq umma ay qardaş.
Ayıq ol, aldanma sən bu zamanda,
Yatsanda gözünü yunma ay qardaş.

Demə ki tanışlar məni istəyir,
Üzdə istəyirsə dalda pisləyir,
Ömür yaşamaqçün bizi səsləyir,
Hamını özün tək sanma ay qardaş.

Saxla qeyrətini, gözlə arını,
Becər yaxşılığı götür barını,
Unutma heç zaman ulu tanrını,
Yadlara alışıb yanma ay qardaş.

Nəzər et dünyanın bu gərdişinə,
Həm yaxşı, həm də ki, pis vərdişinə,
Gəl baxıb qiymət ver insan işinə,
Görüb, bildiyini danma ay qardaş.

Fələklə dost olub daima kələk,
Zamanın qəddini gərək biz əyək,
Gəlin düz danışaq, gəlin düz deyək,
Şeytanın sözünə qanma ay qardaş.

Ölüm yaşamaqdan olubdur şirin,
Daha zayı çıxıb bəşəriyyətin,
İnsanı tanımaq həddindən çətin,
Hər kəsdə var xəta, əmma ay qardaş.

Mirkazim imanı günama satma,
Nisyəyə yapışıb nağdını atma,
Çalış ki, pisləri yaxşıya qatma,
Nakəsləri unut, anma ay qardaş.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR