Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Başqa

Mirkazim Nikbin - Başqa
Sakura

Mirkazim Nikbin - Başqa

Sən ey ağ geyimli qara günlərim,
Kim bilir dərdimi özümdən başqa.
Hər kəsə kənardan xoşbəxt görsənən,
Nəyim var o gülən üzümdən başqa.

Olmayan zənn edir səadət vardı,
Varlıq özlüyündə çoxa inkardı,
Demə dunya malı ən gözəl yardı,
Heç nə qalmaz sənə sözümdən başqa.

Qulaq asmaq hələ eşitmək deyil,
Dinləyən anlasa kamil olar bil,
Baxırıq dünyaya salırıq meyil,
Doyur bütün hissim, gözümdən başqa.

İnsan dərdlərinə kim olar şərik?, 
Dünyada olsanda ən güclü məlik,
Heç nə kömək etməz durmaq üçün dik,
Nəfsinə dur deyən dözümdən başqa.

Yoxdur bu dunyada əbədi dəyər,
Gözəllik, səadət yuxuymuş məgər,
İlahi əhf ələ olanda məşhər,
Olmasın səhflərin düzümdən başqa.

Çəkmisən ey dünya dağı sinəmə,
Salmısan başımı bəlalı qəmə,
Bir saxta gülüşü qoyub busəmə,
Döyməyə yerim yox dizimdən başqa.

Özgədən nahaqqdan pislik güdərsən,
Nə etsən özünə özün edərsən,
Nikbin çılpaq gəlib çılpaq gedərsən,
Nə qalar geridə izimdən başqa.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR