Dərc edildi: Baxış sayı: 857
Mirkazim Nikbin - Allah
Çoxalır günahım, hər saat, hər an,
Mən necə qurtulum bu şərdən Allah.
Rəhm eylə, bağışla, saflaşsın iman,
Alnı açıq çıxaq məhşərdən Allah.
Sən ki var eylədi bütün cahanı,
Etdin məxluqatdan uca insanı,
Bizə bəyan etdin asi şeytanı,
Dərs ala bilmədik xəbərdən Allah.
Şeytanla bir yerdə məskən salmışıq,
Bir bazarda hey almışıq, satmışıq,
Səndən uzaqlaşıb dərddə qalmışıq,
Uzaq tut şeytanı bəşərdən Allah.
Bağlanıb dünyanın cah-cəlalına,
Qapılıb şöhrətin boş xəyalıma,
Yetməyib heç bir kəs xoş vüsalına,
Kündəmiz yoğrulur kədərdən Allah.
İbadət asandı maneə bilmir,
Haqq sözü deməyə dilimiz gəlmir,
Məzlumun üzünə üzümüz gülmür,
Beləcə düşürük nəzərdən, Allah.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət