Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Al ver elə pul qazan

Mirkazim Nikbin - Al ver elə pul qazan
Sakura

Mirkazim Nikbin - Al ver elə pul qazan

Oğul balam əyləş mənim yanımda,
Öyüd verim saxla onu yadında,
Yaşamaq lazımdı yaxşı axında,
Sözüm budur al ver elə pul qazan.
Bax acından ölür oxuyan yazan.

Ay ağılsız nə tutmusan kitabdan,
Uzaq ol dəftərdən, sən bu əzabdan,
Müəllimdən, elmdən, başı xarabdan,
Oxuyub olarsan sən yuxu yozan,
Elmi tulla al ver elə pul qazan.

İndi cox qiymətsiz, ucuzdu bilik,
Savadlı pulsuza vurulur təpik,
Savadsız varlıya çalınır çəpik,
Puluna minnətdi, hər şey, hər zaman,
Sözüm budur al ver elə pul qazan.

Al ver edib pul qazansan sən heyhat,
Heç qorxma alarıq sənə atestat,
Fikir etmə, qarşındakı malı sat,
Məktəb qurtararsan beləcə asan,
Sözüm budur al ver elə pul qazan.

Tələsmə institut da oxuyarsan,
Lap istəsən əlaçı da olarsan,
Tələbə tək diplomunu alarsan,
Pul olsa alınar qalanı inan,
Sözüm budur al ver elə pul qazan.

Sən pul qazan, hər bir dərdə var əlac,
Əsgər getmə, olma heç kimə möhtac,
Çətinliyə düşmə, qalmaginən ac,
Səngər sənin üçün yumşaq yun yorğan,
Sözüm budur al ver elə pul qazan.

Məndən sənə böyük kimi məsləhət,
Axtarma özünə sən heç bir sənət,
Ən yaxşı sənətdi indi ticarət,
Dar gündə insana pul olar həyan,
Sözüm budur al ver elə pul qazan.

Alıb-satıb nəf eyləyib tacir ol,
Hər işində fırıldaq ol, mahir ol,
Xalq üzənə təmiz görsən, bakir ol,
Böyüdüb işini açginən dükan,
Sözüm budur al ver elə pul qazan.

Gəl işlə yanımda, öyrən bazarı,
Satışı, alışı, pulu, axarı,
Xoşbəxt gələcəyin budur açarı,
Çətinlik görmədən yaşa, firavan,
Sözüm budur al ver elə pul qazan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR