Dərc edildi: Baxış sayı: 400
Mirası hansı müddətə qəbul və ya ondan intina etmək olar? - Hüquqi cavab
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu mirsla bağlıdır.
SUAL: Mirası hansı müddətə qəbul və ya ondan intina etmək olar?
CAVAB: Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət