Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/Yeddinci fəsil
GÜRCÜSTAN VALİSİ İRAKLİ XAN MƏRHUM
PƏNAH XANI VƏ QARADAĞLI KAZIM XAN VƏ
NAXÇIVANLI HEYDƏRQULU XANI VƏ GƏNCƏLİ
ŞAHVERDİ XANI DƏSTGİR ETMƏYİN VƏ ŞƏKİ
HAKİMİ HACI ÇƏLƏBİ ONLARI XİLAS EDİB
QORA YETMƏYİN BƏYAN EDƏR
Çün Qacar Məhəmmədhəsən xan Ağa Məhəmməd şahın atası Qarabağa qala üstə gəlib hənuz bir mətləb hasil etməyib, qayıdıb Kərimxan Vəkilə müqabil getdi və bu tərəflərdən müavidət edib İran canibinə müraciət etdi. Haman ildə Pənah xan və qarabağlı Kazım xan və gəncəli Şahverdi xan və naxçıvanlı Heydərqulu xan bir yerdə cəm olub, məclis və məhfil arastə qıldılar və məsləhətlər edib buna səlah bildilər ki, dedilər: “Hacı Çələbi tamam Şəki və Şirvanda hakim məbsütülyəd və sahibi-ixtiyari-müvəbid olub, heç bizlərə iltifat etməyir və təriqi-müvafıqətə iqdam edib, mürafıqəti-birlə yol getməyir. Gərəkdir ki, ittifaq ilə ona bir tədbir və tənbeh edəlim ki, min bəd guşmali bəliq ola. Pəs bu cürə mühavirə edib məknun zəmirlərini mürasilə məzmunu ilə valiyi-Gürcüstan İrakli xana hali etdilər. Çünki Hacı Çələbidən o da sədəmələr çox görmüşdü. Onu dəxi bu əmrə talib və Hacı Çələbinin guşmalına rağib bilirdilər. Elə ki rnəcbur vali onlardan bu mənzur və məknun olan əhvali istima etdi. 0 dəxi bu mənzurda özünü onlar ilə həmdəm və həmqədəm olmaqlığını izhar edib əşar etdi ki, əcəb səlah edibsiniz, əlbəttə çox təcil ilə bu canibə hərəkət edəsiniz ki, fürsət fövt olmuya, pəs məzkur xanlar təhiyyə və tədarük mühəyya edib cəmiyyət ilə rəiyyəti-əzimət əfraştə edib yola düşdülər və gedib Gəncə şəhərindən yuxarı Qızıl qaya adlanan məhəldə düşüb, orada xeymə və xərgah qübbəsini övci-səmaya qaldırıb, valinin gəlməyinə intizar çəkdilər. Nagah vali dəxi gəlib o mənzilə varid oldu və yetişən kimi xanların dördün də tutub dəstgir və müqəyyəd və əsir eylədi. Əzqəza, haman dəmdə bir nəfər Şahverdi xanın nökərlərindən oradan bir iti qaçan ata süvar olub, qaçdı xəbərə. O vaxtda Hacı Çələbi dəxi bu mətalibatı eşidib, ictima əsakiri-Şirvanat üçün hökmlər yazıb, özü dəxi cəmiyyəti-şayan və istedadi fırəvan ilə Mingəçevir məbərində rəhli-iqamət sahb və müntəziri müqabilə əylənmişdi və hər canibə nəzzarə edirdi. Bu əsnada baxıb gördü ki, Kürün bu tərəfindən bir nəfər atlı peyda olub, sürəti-təmamilə müqabilə gəlib varid oldu. Hacı Çələbi gəmi ilə onu Kürdən keçirməyə əmr eylədi. Öylə ki, keçib Hacının hüzuruna gəldi, fılfövr ərz eylədi ki, “Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi cavab verdi: “Qoca baban onları inşallah xilas edər”, deyib haman vaxtda üzünü öz müqərriban həzrətinə və ərkani-dövlətinə tutub dedi: “Yaran nə deyirsiniz? Bu işdə tədbir və məsləhət necə eylə-məkdir?” Bu müşavirədən qərəzi onların mafiz-zəmirlərin bilmək imiş. Pəs ümərayi-Şəki və Şirvan əmirləri dedilər ki, bəli biz də bir məsləhət edək görək səlahi-vəqt nə təqazə edir. Hacı onlara buyurdu ki, “Hər nə ki səlah və məsləhət edirsiniz, edin. Amma gərəkdir ki, Kür keçidi içində olsun”. Onlar ki, bu kələmatı Hacıdan istima etdilər dəxi müşavirə və məsləhət məqamında gəlməyi bərhəm edib Hacının hüzuruna gəlib, cəm və amadə oldular. Hacı Çələbi dedi: “Bəs nə üçün məsləhət və müşavirə məqamına getmədiniz və təmhid və tədbir məclisini fərahəm etmədiniz?” Onlar ərz etdilər ki, bizlər tutiya və təmhid məcalisini onun üçün bina edərdik ki, Kürü keçmək içində olmasın. Çünki siz buyurursunuz, gərək Kür keçidi içində ola. Dəxi nə məsləhətiniz var buyurun, qoşun atlansın gedək. Hacı Çələbinin o sözü zərbi-məsəl olub şimdiyədək xalq arasında məzkurül-lisandır. Pəs Hacı Çələbi buyurdu, qoşunu təcili-tamam ilə Kürdən keçirib valinin dalınca azim oldular və köçbəkeç ilqar edib, Gəncə torpağına yetişəndə vali xəbərdar olub bu əhvalı ki, istima etdi. Qayətdə hərəsan və xofnak oldular. Zira ki, keçən əsrlərdə Hacı Çələbinin qoşunundan zərb-dəst görmüşdülər. Naçar əzmimüqabilə edib Şeyx Nizami əleyhürrəhmənin məqbərəsinin yanında təlaqiyifəstin vaqe olub dava etdilər. Az müddətdə gürciyyə şikəsi-fahiş tapıb, vali dəxi ordugahı olan Qızü Qaya səmtinə qayıtmaq məqduru olmayıb, fərarı ixtiyar edib, təmamən xeymə və xərgahları və xanlar dəxi xeymələr də hamı mayəriflərilə cabəca Qızıl Qayada qalmışdılar. Vali qaçıb getmişdi və Hacı Çələbi Sınıqdan üç ağac yuxarıyadək dallarınca ilqar edib və Tiflisin beş ağaclığına yetişib və qaçan gürcüyyə qoşunlarının qabaqlarını Şəmkurdə və Şəmsəddində kəsib, çox adamların tələf etmişdilər. Hacı Çələbi Baydar torpağında səngər qayırıb, öz oğlu Ağakişi bəyi Tiflisdən bəri olan müsəlmanlara hakim və hökmran qıldı və ondan xanları dəxi xilas edib öz vətənlərinə mərsul və rəvanə qüdı və özü dəxi oradan müraciət edib Şirvana gəldi və Ağakişi bəy şul nəvahidə üç il hakimlik eylədi. Axır ki, valiyi-Gürcüstan Çərkəs və Başıaçıqdan çox qoşunlar götürüb Ağakişi bəyi dəf etməyə azim oldu və Ağakişi bəy bu xəbəri ki, eşitdi tabi-müqavimət etməyib, oradan fərar etdi və valinin qoşunları dalınca ilqar edib öncə gedənlər Tovuz çayında ona yetişib bir qədər müqatilə və dava edəndən sonra Ağakişi bəyin neçə nəfər adamı dəstgir olmuşdu və özü səhi və salim Şəkiyə gəlib çıxmışdı. Pəs valinin qoşunu oradan, ta Xudafərin körpüsünədək gedib vəqtimüraciətdə Qarabağdan və Gəncədən çox qarət və çapavul və qəsb eyləyib aparmışdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət