Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/Xatimə
MÜDDƏTİ-HÖKUMƏTLƏRİNİ VƏ
QARABAĞDA OLAN TƏMİRATLARINI VƏ
MÜDDƏTİ-HÖKUMƏTLƏRİNDƏ
Çün səneyi 1160/1747 tarixi-islamiyyədə Nadir şahı Xorasanda qətlə yetirdilər. Pənah xan mərhum ki, neçə il ondan irəli Nadir şahdan qaçıb Qarabağa gəlmişdi. Məxfı dağlarda və meşələrdə quldur sayağmda dolanıb, övqat keçirirdi. Elə ki haman ildə Nadir şah məqtul oldu, Pənah xan qorxudan çıxıb, bənayi-hökumət xəyalına düşdü. Haman ildə, Bayat qalasını bina qoyub, xanlıq iddiasına başladı. Nadir şah məqtul olandan sonra Cavanşir və qeyri ellər ki, Nadir şah buradan onları köçürüb Xorasan məmləkətinə və Sərəxs torpağına aparmışdı. Pənah xanın evi və əyalı dəxi onların içində idilər. Təmamən köçüb birgə öz məkanları və vətənləri Qarabağa gəldilər. Xorasanda dəxi Nadir şahın qardaşı oğlu Əliqulu xan cülus edib, özünə Adil şah ləqəb qoyub, Nadir şahın məsnədində əyləşdi. Əmiraslan xanı hakim və sərdar edib, Azərbaycana mənsub edib, gəlib Təbriz şəhərində oturdu. Onun Pənah xan ilə ülfəti vaqe olub, vəsatət etdi. Adil şahdan Pənah xana xanlıq fərmanı verilib, 1161 (1748)-ci ildə Qarabağda hökumətə başlayıb, ətraf və əknaf mahalati-Qarabağı təsərrüfə götürməyə avaz etdi. Bir az zamanda Qarabağa təsəllüd tapıb, müddəti - 12 il Qarabağda istiqlal və hökumət etdi. 1168 (1755)-ci ildə Pənah xan Bayat bazarı mülkünü əsil malikləri Behbudəli bəy və Pənahəli bəy övladi-Sədrəddin sultan vələdiMəhəmməd xan sultandan satın alıb, 1168-ci ilin zilhiccə ayında qəbalə həm yazılıb, qəbaləsi Mehdiqulu xan evində bu dəqiqə durur. Ondan 4 il Bayat qalasında oturub, sonra isti və aran zəmin olduğu üçün orada güzəran düşvar olmağa görə köçüb, Tərnəkütə gəlib və 1165 (1751) tarixdə dəxi Şahbulaq adlanan məhəldə Tərnəküt qalasını bina və təmir edib, orada sakin oldu. Ondan sonra istiqlal və ixtiyarı və calalı artıq olub, mahalati-xəmseyi-əraminə və qeyri ilat və dihati-Qarabağ ona müti oldular. Bəd əz an 1170 sənədə Vərəndə məliki Məlik Şahnəzərin və pareyi-əkabir və əyanın məsləhətləri ilə Şuşa qalasını məsihiyyə ili 1753-də təmir və bina edib, şəhər qayırıb, kamali-istiqlal və istiqrar ilə hökumətə əyləşdi. Çünki az müddətdə Adil şahı Xorasanda Nadir şahın nəvadəsi Şahrux mirzə qətlə yetirdi. Özü təxti-səltənətə çıxdı. Onu dəxi bir az müddət keçməmiş, qətlə yetirdilər. Pəs məmaliki-İran məqşuş və pərişan olub, hərc-mərc oldu. Hərə bir iddiaya başladı. Pənah xan dəxi Qarabağda Şuşa qalasında aram və istiqlal ilə oturub, hökumət qıldı. Şul vaxtlarda Şuşa şəhərinə Pənahabad müsəmmi edib, Pənah xan adına orada sikkə çalınırdı ki, indi də məşhur və dillər əzbəridir. Pənah xan 12 il müddəti ki, 1161 (1748) tarixdən, ta 1174 (1760) ilədək Qarabağda hökumət edibdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət