Dərc edildi: Baxış sayı: 776
Mir Mehdi Xəzani - Genə dildar səri-kuyi bu gun yadə düşüb
Genə dildar səri-kuyi bu gun yadə düşüb,
Dili-uftad olub uftadəvu uftadə düşüb.
Gər alır canımı oldurmək ucun, eyb deyil,
Qureyi-eşqdə can ol gozu səyyadə düşüb.
Bağban, sərvlər ovsafını cox soyləmə kim,
Sərvlər coxdu və lakin bu bir azadə düşüb.
Murği-dil rəşki-gulustani-ruxunlə daim
Şuru əfganə gəlib, naləvu fəryadə düşüb.
Xahişi-royət ilə gər yanıram atəşə mən,
Bu təmənnayə ki, mən duşdum, o Musa də düşüb.
Ey Xəzani, rəhi-eşq icrə məni mən etmə
Ki, bu sevdayə konul aləmi-baladə düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət