Dərc edildi: Baxış sayı: 557
Mir Həmzə Nigari - Eşq zor eyləsə, ey dil sana, məğlub olsan
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan,
Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
Bu həqiqət yoludur, bunda bulunmaz batil,
Batiləm söyləmə məhza, de ki, həqqəm, həqqəm.
Söyləmə batiləm əsla, sana xamuşluğun
Xeyrdir, söyləsən əmma, de ki, həqqəm, həqqəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət