Slimfit
  1. ƏDƏBİYYAT

Mir Həmzə Nigari - Dağlayıbdır məni bir laləuzari-Qarabağ

Mir Həmzə Nigari - Dağlayıbdır məni bir laləuzari-Qarabağ
Sakura

Mir Həmzə Nigari - Dağlayıbdır məni bir laləuzari-Qarabağ

Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,
Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Govsəri-tubi imiş cayi-cinari-Qarabağ,
Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.
İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,
Yeridir ki, cəkərəm ah və zari, Qarabağ.
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
 
Ah, aşuftəligim zulfı-səmənsayə deyin,
Vah sərgəştəligim kakili-leylayə deyin.
Bu gunu qarəliyim mehrsiz ol ayə deyin,
Kari-tərsaliqim ol zulfi-cəlipayə deyin.
Dərdi bicarəligim ləli-Məsihayə deyin,
Sirri-punhanımı ol ağzi muəmmayə deyin.
Dərdimi dilbəri-şirinu dilarəyə deyin,
Ərz edin mehnətimi, cumlə şəhinşayə deyin.
Suzişi-konlumi ol qonceyi-humrayə deyin,
Necə ah eyləməyim bulbuli-şeydayə deyin.
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
 
Gəlin, ey əhli-konul, artıb azarım, eşidin,
Yox rəvaci, kəsilib bei-bazanm, eşidin.
Yuzulub rovnəqi-gulzari-baharım, eşidin,
Qalmayıbdır, dukənib leylu-nəharim, eşidin.
Cəm olun bir yerə, azari-həzarim, eşidin,
İrişib vəqti, qazın dari-məzarım, eşidin,
Yıqılıb səbr, yanıb nayi-qərarım, eşidin,
Alışıb suziş ilə mayeyi-varım, eşidin.
Dağılın kim tutuşub nari-minarim, eşidin,
Yeridir ərşə cıqarsa ahu zarim, eşidin.
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
 
Duşmədi kuyinə bir kərə guzarım gecələr,
Sormadı halımı bir mahi-uzarim gecələr.
Bir bana yanmadı kim, gəlmədi yarını gecələr,
Ol səbəbdən alışır cani-fikarım gecələr.
Yıqılır atəşə dil, artır azarım gecələr,
Cəkilir noh fələkə zari-həzarım gecələr.
Dağılır hər tərəfə atəşi-zarim gecələr,
Yandı pərvanə kimi odlara varim gecələr.
Şəm tək nar ilə duşdu sərikarim gecələr,
Bəs necə yanmaya bu konlumə narim, gecələr.
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
 
İltifat eyləmədi mehrsiz ol ay mana,
Almadı pərdəni şol dilbəri-hərcay mana.
Atmadı tirini peyvəstə qaşı yay mana,
Arizin acmadı ol qonceyi-həmray mana.
Qılmadı mehr vəfa mahi-dilaray mana,
Salmadı sayəsin ol mehr humsay mana.
Hec meyl eylamədi bəcceyi-Ənqay mana,
Muxtəsər, eylədi cox zulm şəhənşay mana.
Kim olur nari-məhəbbətdə ki, bir tay mana.
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
 
Yandı canım gecələr, gəlmədi ol məh nə ucun,
Almadı pərdəni şol, mehri-səhərgah nə ucun?
Neyləyim, olmadı bir dəm bəna həmrah nə ucun,
Eylədi cah yerim mahi-fələk cah nə ucun?
Sormadı hali-pərişanimi ki, gah nə ucun,
Yandım atəşlərə, ol olmadı agah nə ucun?
Baqmadı bir bana bin soylədim, Allah nə ucun,
İltifat etmədi, ey vah, şəhinşah nə ucun?
Yetmədi dadimə ah, eylədim ey vah, nə ucun,
Soyləmən siz bana kim, ərşi yaqar ah, nə ucun?
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
 
Dari-mehr uzrə gərək qəsd şirin can edəyim,
Dili sərdarə cəkib şovqlə qurban edəyim.
Cigəri parələyib, bağrı qızıl qan edəyim,
Dəmbədəm əşk dokub xuni-dil əfşan edəyim.
Canı atəşkədəyi-eşqdə suzan edəyim,
Yandırıb xaneyi-variyəti viran edəyim.
Gecələr tabəsəhər, dəmbədəm əfqan edəyim,
Guli-məqsud acıla dərdimə dərman edəyim.
Ey Nigari, nə qədər sirrimi punhan edəyim,
Yandı canım anı bu nəzmlə şayan edəyim.
 
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR