Slimfit
  1. İQTİSADİYYAT

Mir Cəlal küçəsi yenidənqurmadan sonra istifadəyə verilib

Mir Cəlal küçəsi yenidənqurmadan sonra istifadəyə verilib
Sakura

Paytaxtın şimal giriş hissəsində, Nəsimi rayonu ərazisindəki Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən…

Paytaxtın şimal giriş hissəsində, Nəsimi rayonu ərazisindəki Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Yenidənqurma işləri çərçivəsində 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 metrdən 24 metrə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Layihəyə uyğun olaraq, ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Həmçinin yolun bərpası işləri görülüb.

Küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.

Bundan başqa, vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 9 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3500 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolağa tamet daşlar döşənib.

Küçə boyu yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparıldıqdan sonra Mir Cəlal küçəsi yeni və müasir görkəm alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR