Slimfit
  1. İQTİSADİYYAT

Miqren tutmaları, formaları və müalicə üsulları

Miqren tutmaları, formaları və müalicə üsulları
Sakura

Miqren tutmaları, formaları və müalicə üsulları

Çox vaxt başağrısı adi şikayət kimi başa düşülür və həmin ağrıya görə çox nadir hallarda həkimə müraciət edilir. Lakin başağrısından əziyyət çəkənlərin bir qrupunda ağrı tutmaşəkilli xarakter daşıyır və tez-tez baş verən ağrıya dözmək çətin olur. Miqren tutmaları adətən intensiv davam edən ağrı şəklində olur və başın bir yarısında hiss edilir. Tutmalar adətən ürəkbulanma ilə müşayiət olunur, bu zaman parlaq işıq və gur səs ağrını daha gücləndirir. Məsələn, televizorun gur işığı, spirtli içkilər, gecə az yatmaq və ya çox yatmaq və s. miqren tutmalarına səbəb olan amillərdir. Tutma səngiyən kimi yuxululuq və əzginlik yaranır.

Ens.Az 

Miqren tutmaları, formaları və müalicə üsulları

-a istinadən bildirir ki, bu barədə həkim-nevropatoloq Sevinc Salamova məlumat verib.

Həkim-nevropatoloq deyib: "Miqren tutmasının birinci fazasında əhval-ruhiyyə dəyişir, depressiya, həyəcan və yuxululuq yaranır. Bundan sonra isə əsl "cəhənnəm" başlayır - bu zaman elə bir hiss yaranır ki, sanki ağrıdan baş çatlayacaq. Tutma sutkanın istənilən vaxtı başlaya bilər. Lakin daha ağır tutmalar gecələr, xüsusilə də ay bədirlənəndə baş verir. Ağrılar əsasən alın-gicgah nahiyəsini əhatə edir. Tutma adətən 2-5 saat çəkir. Hətta bəzi xəstələrdə yoğunlaşmış və dəri səthindən aydın sezilən gicgah arteriyası görünür. Gözün konyuktiva qişasında qızarma baş verir.

Tutmanın ikinci fazası 8-20 saat davam edir. Həmin dövrdə tədricən ağrı azalır, yuxuya meyllik yaranır, xəstə özünü çox əzgin hiss edir və bundan sonra üçüncü- sakitlik fazası başlayır.

Görmənin pozulması ilə başlayan auralı miqren tutmaları zamanı xəstənin gözü önündə parlayan ziqzaqlar, nöqtələr, kürələr, odlu və yanan fiqurlar, dalğalar görünür. Hətta bəzi xəstələrdə görmə illüziyaları da yaranır, onlar ətrafdakı bütün əşyaları həcm, forma və ölçülərindən ya həddindən artıq böyük, ya da həddindən artıq kiçik görürlər. Görmə pozulmaları sağ gözdə olduqda başağrıları solda yerləşir və ya əksinə soldadırsa sağda baş verir.

Həkimlər müalicə zamanı başı isti saxlamağı məsləhət görürlər, çünki isti ağrını bir qədər yüngülləşdirir. Bəzən başın isti su ilə yuyulması da ağrını azaldır. Təbii ki, bunlar daha köhnə müalicə üsullarıdır".

Həmsöhbətimiz miqrenin müalicə üsulları barədə məlumat verərək deyib: "Xəstəliyin müasir müalicə metodikası iki istiqamətdə aparılır: Başağrı tutmalarını azaltmaq və profilaktik terapiya aparmaq. Bunlar özündə medikamentoz müalicəni, iynə terapiyasını, masaj və digər müalicə üsullarını birləşdirir. Medikamentoz müalicə zamanı analgetiklərə xüsusi yer verilir. Uzun müddət analgetiklərin qəbulu əks effekt verərək daimi başağrılarına səbəb ola bilər. Profilaktik müalicədə isə əsas yer pəhrizə verilir.

Miqren tutmalarından əziyyət çəkənlər tərkibində tiramin olan ərzaqları - şokolad, kakao, sitruslar, paxlalı bitkilər, pomidor, kərəviz, pendir, xardal, ketçup, mayonez, hisə verilmiş məmulatlar, sosislər, ispanaq, yaşıl soğan, ananas, avakado, fındıq, sirkə, turşuya və duza qoyulmuş məhsulları və s. qida rasionundan çıxarmalıdırlar".

Onun dediyinə görə, miqren zamanı qara qarağat, ağbaş kələm, yaşıl çay, yaşıl alma və banan qəbul etmək daha faydalıdır. Yayda və payızın əvvəllərində aclıqla müalicə tətbiq etmək də səmərəlidir. Miqren tutmalarından əziyyət çəkənlər fiziki fəallığı artırmalı, həftədə dörd dəfə 45 dəqiqəlik gəzintiyə çıxmalı, fiziki və zehni yorğunluqdan uzaq olmalı, yuxu rejimini normalaşdırmalı və gecə vaxtında yatmalı, stressli situasiyalardan uzaq olmalı, parlaq işıqla və işıq mənbələri ilə təması azaltmalıdırlar. Həmçinin kəskin qoxulu ətirlərdən istifadə etməmək, tünd qara çay və kofedən istifadəni maksimum məhdudlaşdırmaq, qida qəbulları arasında uzun fasilə verilməmək, maqneziuma olan gündəlik tələbatı ödəmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR