Slimfit
  1. DÜNYA

Miqrantlar həftələrlə piyada gedərək Türkiyədən Avropaya keçməyə çalışır

Miqrantlar həftələrlə piyada gedərək Türkiyədən Avropaya keçməyə çalışır
Sakura

Miqrantlar həftələrlə piyada gedərək Türkiyədən Avropaya keçməyə çalışır

Türkiyə Avropada yaşamağı arzulayan asiyalılar üçün qapı rolunu oynayır. Əsasən İrandan gizli yollarla bu ölkəyə keçən əfqanlar köhnə qitəyə adlamağa çalışır.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,Əfqanıstan vətəndaşları məqsədə çatmaq üçün həftələrlə piyada yol gedir.

Türkiyə mətbuatında paylaşılan videolarda onların hansı əziyyətlə böyük məsafələr qət etdiyi görünür. Əfqanlar əvvəlcə insan qaçaqmalçılarına 500-1000 dollar verərək İrandan gizli yollarla Türkiyəyə keçirlər. Onlar Vandan, Ağrıdan Ərzuruma 300 kilometr yolu piyada təxminən bir həftəyə geridə qoyurlar. Əfqanların əksəri əziyyətə sona qədər qatlaşmağa çalışır. Amma çoxunun piyada gəzməkdən ayaqlarının altı sıradan çıxır.

Əfqan miqrantların Ərzurumun Horasan ilçəsində dronla görüntüləri yayılıb. Onların bəziləri üzünü gizlətməyə çalışıb. Amma jurnalistlərlə söhbətə razılaşanlar da olub. Məhəmməd Cəmil deyib ki, Əfqanıstandakı daxili müharibələrdən, iqtisadi problemlərdən bezərək yola çıxıblar: “Amma yolda gördüklərimiz çəkiləsi deyil. Mən yoldaşlarımla qaçaqmalçılara 750 dollar vermişik. Heç kim bizi avtomobilinə götürmür. Hətta avtobuslara da minməyə qoymurlar. Məcbur qalıb bütün yolu piyada gedirik. Əsas odu, Avropaya keçək. Yolda qarşımıza oğrular çıxdı, telefonlarımızı və pulumuzu aldılar. Bir aydır ac-susuz gedirik. Hava qaralan yerdə yatırıq. Səhər açılan kimi yolumuza davam edirik”.

Başqa bir əfqan Seyid Kərim Avropa xəyalları ilə yola çıxdıqlarını deyir. O, özlərinə yuva qurmaq istədiklərini bildirir: “Ölkəmizdə qalsaydıq, ölüm təhlükəsi ilə üzləşəcəkdik. Başqa çarəmiz qalmadı. Bu yolda ölən yoldaşlarımız oldu. Ümid edirəm ki, hamımız məqsədimizə çatarıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR