MİQ üzrə müsabiqənin sınaq imtahanları üçün ödəniş tələb olunmurmu?- Rəsmi
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.
AzEdu.az-ın məlumatına görə, bu il ötən illərlə müqayisədə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin qaydalarında ciddi dəyişiklərin edilməsi planlaşdırılmır.
Bəs, MİQ müsabiqəsində iştirak üçün namizədlərdən ödəniş tələb olunur?
Namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik:
AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, MİQ müsabiqəsində iştirak etmək üçün namizədlərdən heç bir ödəniş tələb olunmur.
Qeyd edək ki, mayın 16-dan etibarən, müəllimlərin işə qəbulu müsabiqəsi üçün sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları ilk dəfə 18-30 may tarixlərində keçirilib. İyun ayında isə növbəti sınaq imtahanları keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət