Slimfit
  1. İDMAN

“Minsk 2019”: Azərbaycan samboçuları iki bürünc medal qazanıblar

“Minsk 2019”: Azərbaycan samboçuları iki bürünc medal qazanıblar
Sakura

“Minsk 2019”: Azərbaycan samboçuları iki bürünc medal qazanıblar

İyunun 22-də Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycan idmançıları iki bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, bürünc medalları komandamızın aktivinə Mehman Xəlilov (57 kq) və Emil Həsənov (68 kq) yazdırıblar.

Mehman Xəlilov dörddəbir finalda belaruslu Vladislav Burdza uduzub. Lakin bu çəki dərəcəsində yeddi samboçunun mübarizə aparması idmançımıza təsəlliverici qarşılaşmaya qatılmadan bürünc medal uğrunda görüşdə iştirak imkanı yaradıb. M.Xəlilov bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə böyük hesablı məğlubiyyətə uğradıb.

Dörddəbir finalda rumıniyalı Laslo Jolt-Sokeyə qalib gələn Emil Həsənov isə yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə məğlub olub. E.Həsənov bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan təmsilçisi Martin İvanova qalib gəlib.

II Avropa Oyunlarının sambo yarışlarının birinci günündə Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Digər samboçularımızdan Ceyhun Hüseynov (82 kq) və Gözəl Zutova (72 kq) dörddəbir finalda uduzublar. Hər iki samboçumuz təsəlliverici görüşlərdə medal şansı uğrunda yarışsalar da, uduzaraq mübarizəni tərk ediblər.

Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq) və Abdulla Abdullayev (74 kq) iyunun 23-də mübarizəyə qoşulacaqlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR