Slimfit
  1. AZƏRBAYCANLI

Minnesotada yaşayan Nərmin xanım Ağalarova

Minnesotada yaşayan Nərmin xanım Ağalarova
Sakura

Minnesotada yaşayan Nərmin xanım Ağalarova

Deyir ki,- "Azərbaycan unikal ölkədir. İnsanları sadə, qohumcanlı, ünsiyyətcil, eyni zamanda çox mehribandırlar. Əgər təhsilini artırmaq, bilik və bacarıqlarını təkmilləşdirmək məqsədin yoxdursa xaricdə yaşamağa can atmağın mənasızdır. Çünki yaşlandıqca vətəni niyə tərk etdiyin üçün özünə hesabat verməli olursan. Bunun üçün dolanışıq, güzəran bəhanə ola bilməz. Axı ruzini verən Allahdır. Necə deyərlər, harada olsan da qismətində olan ruzi səni gəlib tapacaq"…

Haqqında söhbət açdığım Nərmin Ağalarova Bakıda dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 160 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Sonra bir il xəstəxanalardan birində internatura keçərək həkim terapevt ixtisasına yiyələnib. Daha sonra iki il də orta məktəbdə kimya, biologiya fənnlərini tədris edib. 2001-ci ildə əcnəbi vətəndaşla ailə qurduqdan sonra ABŞ-ın Minnesota ştatına gəlib…

…Atası Şahin Ağalarov korlar cəmiyyətinin sədr müavini işləyib. Ömrünün son illərində isə həmin təşkilatın qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Anası Gövhər xanım evdar qadın olub…

Nərmin xanım Minnesotada əvvəlcə üç il mağazada, sonradan beş il bankda və həm də aptekdə çalışıb. 2012-ci ildə Minnesota Universitetinin doktoranturasına qəbul olunub. 2017-2018-ci illərdə həmin universitetdə ekoloq ixtisası üzrə magistr pilləsinə yüksəlib. 2019-cu ildə isə elmi araşdırmalarını uğurla başa vuraraq təhsil üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD). 2018-ci ildən məzunu olduğu universitetin professorudur. Elmi araşdırmalarını davam etdirməkdən ötrü Ohayo Universitetinə dəvət alıb. Bu ilin avqust ayından Ohayo ştatına köçməyi planlaşdırır…

…Ömür-gün yoldaşı Erik kompyuter mühəndisidir. Oğlu Kamranın 16 yaşı vardır. Orta məktəbdə oxuyur...

Bu səmimi, mehriban, gülərüz, yüksək mədəniyyətli xanımın vətənlə bağlı arzuları çoxdur. İstəyir ki, Azərbaycanda da təhsilin səviyyəsi yüksək olsun. İmkanından asılı olmayaraq hər kəs bundan bəhrələnə bilsin. Ali təhsil ocaqlarında verilən diplomlar bütün dünyada tanınsın. Azərbaycanda həmişə əmin-amanlıq olsun…

Gözəl musiqidən zövq alır. Özü də pianoda ifa etməyi bacarır. İdmanla mütamadi məşğul olur. Asudə vaxtlarını təbiət qoynunda keçirməyi xoşlayır. Deyir ki,- "Öz üzərində çalışıb bilik və bacarıqlarını təkmilləşdirmək çox vacib şərtdir. Çünki Amerikada Azərbaycanı tanıtdırmağın bir yolu da məhz elmi uğurlardan keçir"…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR