Slimfit
  1. CƏMİYYƏT

Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə

Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə
Sakura

Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə

Mingəçevirdə yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub.

Ens.az BAKU.WS-ə istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar. Koronavirusla əlaqədra olaraq insanların bir araya toplaşması yoluxma riskini artırdığından ürək çatışmazlığından vəfat etmiş həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini daha xeyirxah bir qaydada qeyd ediblər.

Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ mühribəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar.

Ailə, pandemiya ərzində hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil edib insanları riskə atmaqdansa, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çağırıb.

Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması və əhalisi tərəfindən də təqdir edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR