Dərc edildi: Baxış sayı: 472
Mingəçevirdə həftə ərzində beş uşağa kəskin virus hepatiti diaqnozu qoyulub
Son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Ens.az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.
Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət