Slimfit
  1. CƏMİYYƏT

Mingəçevir SES-in təhlükəsizliyi gücləndirilir

Mingəçevir SES-in təhlükəsizliyi gücləndirilir
Sakura

Mingəçevir SES-in təhlükəsizliyi gücləndirilir

"Azərenerji" ASC ölkənin ən böyük su elektrik stansiyası olan "Mingəçevir" Su Elektrik Stansiyasında (SES) təmir-bərpa işləri həyata keçirir. 6 hidroaqreqatdan ibarət "Mingəçevir" SES-də aparılan işlər nəticəsində dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılır.

ASC-dən xezerxeber.az-a verilən məlumata görə, ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşir.

Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerji sistemin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

 

Məlumata əsasən, bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

"Hazırda 1 hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq və bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq", - məlumatda qeyd edilir.


 

 

Mənbə: Xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR