Slimfit
  1. CƏMİYYƏT

“Min bir dərdin dərmanı”nı əldə etmək üçün nələr edilir

“Min bir dərdin dərmanı”nı əldə etmək üçün nələr edilir
Sakura

“Min bir dərdin dərmanı”nı əldə etmək üçün nələr edilir

Azərbaycanda arıçılıq artıq elmə əsaslanaraq inkişaf edir. Bu gün Azərbaycanın ən müasir arıçılıq mərkəzində bu sahə üzrə elmi tədqiqat işləri həyata keçirilməkdədir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bunu Arıçılıq mərkəzinin direktoru Allahverdi Seyidov bildirib.

Onun sözlərinə görə, Mərkəzdə seleksiya işləri və suni mayalandırma tədbirləri aparılmaqla, dünyanın ən qabaqcıl texnoloji nailiyyətləri tətbiq edilir. Əsas məqsəd məhsuldarlığın yüksəldilməsi üçün elmi tədqiqatların başlanılmasıdır.

Rəsmi statistika göstərir ki, hazırda Azərbaycanda arı ailələrinin sayında nəzərə çarpacaq dərəcədə artım var. Belə ki, əgər 2015-ci ildə Arıçılıq mərkəzi yaranan zaman ölkəmizdə 120 min arı ailəsi mövcud idisə, hazırda Azərbaycanda arı ailələrinin sayı 520 minə çatıb. 2020-ci ilədək bu rəqəmin 600 minə çatdırılması hədəflənib.

 

Problemlərə gəldikdə isə bu gün ölkəmizdə arıçılıq ixtisasının olmaması bu sahədə mövcud əsas çatışmazlıqlardan biridir. Arıçılıq mərkəzi bununla bağlı müvafiq qurumlara təkliflər verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR