Slimfit
  1. MARAQLI

Milyarderlərlə bağlı qəribə faktlar

Milyarderlərlə bağlı qəribə faktlar
Sakura

Milyarderlərlə bağlı qəribə faktlar

Heç kim doğulandan direktor, müdir olmur. O səviyyəyə çatmaq üçün minlərlə pillə qalxır, ağlınızdan da keçməyəcək işlərlə məşğul olurlar. Bu gün milyardlara sahib olanların bəziləri iş dünyasına necə atılıb, hansı çətinliklərdən keçib?

Maykl Dell – “DELL” şirkətinin qurucusu əmək fəaliyyətinə 12 yaşında qab yumaqla başlayıb. Sonralar kompüter istehsal edən şirkət qurub. O vaxtlar tək məqsədi pul kolleksiyası üçün lazımlı materiallar yığmaq imiş.

Terri Landqren – “Macy’s” – böyük mağaza zəncirinin baş direktorunun ilk işi kafedə istridyə təmizləmək olub. Ailəsinin  onu oxutmaq imkanı olmadığına görə gənc yaşda işləməyə başlayan Landqrenin karyerası gözlədiyindən də uğurlu olub.

Lloyd Blenkfeyn – “Goldman Sachs”-ın baş direktorunun ilk işi isə “Yanki” stadionunda bilet satmaq olub. Sonra hüquq üzrə təhsil alıb və karyerasını qurub.

Uarren Baffett –maqnat Baffett 2008-ci ildə ilin ən varlı insanları siyahısına düşsə də, uşaqlığı heç də yağ-bal  içində keçməyib. O, əmək fəaliyyətinə marketdə çanta daşımaqla, qəzet satmaqla başlayıb.

Maykl Blumberq – “Bloomberg”in yaradıcısı hazırda Amerikanın ən varlı 8-ci insanıdır. Nyu-Yorkda Bələdiyyə başçısı olan Blumberq avtodayanacaqda köməkçi kimi işə başlayıb.

Marissa Meyer – “Yahoo”nun baş direktoru marketdə kassa nəzarətçisi işləyib.

Kevin Plank – “Under Armour” – Amerikanın ən böyük idman geyimləri və əşyaları mağazasının baş direktoru Plank uşaq vaxtı çəmənlikləri biçməklə pul qazanırmış.

Kazuo Hirai – “Sony” şirkətinin baş direktoru isə ölkəyə gələn xarici musiqi qruplarının tərcüməçisi imiş.  

Mənbə: Minval.info

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR