Slimfit
  1. AZƏRBAYCAN

“MilliÖn” terminalları niyə işləmir? - Rəsmi açıqlama

“MilliÖn” terminalları niyə işləmir? - Rəsmi açıqlama
Sakura

“MilliÖn” terminalları niyə işləmir? - Rəsmi açıqlama

Bəzən sərnişinlər “BakıKart”a ödəniş edərkən balansın artırılmaması problemi ilə üzləşirlər.

Ya məbləğ karta yüklənmir, ya da aparatın qəbul etdiyi qəpik sistemdə görünmür. Bu da sərnişinləri ciddi şəkildə narahat edir. 

“MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva Redaktor.az-a açıqlamasında bildirib ki, yaranan çətinliklər müştərinin müraciət əsasında dərhal araşdırılır:

“Ölkə üzrə 3000-ə  yaxın ödəmə terminalları mövcuddur. Ödəmə terminalları quraşdırılarkən sakinlərinin ən çox və tez-tez istifadə etdiyi məkanlar və s. xüsusi kriteriyalar nəzərə alınır. Ödəmə terminallarının quraşdırılacağı ərazilərdə  təhlükəsizlik müşahidə kameraları olmalıdır. Vətəndaşlar  ödəmə terminallarının yerləşdiyi ərazilər barədə məlumat almaq istəsələr, “qaynar xətt”lə əlaqə saxlaya bilərlər.

“BakıKart” ödənişləri zamanı texniki problemlər yarana bilər

Yaranan problemlərin bir çoxu sərnişinlərimizin ödəniş təlimatını düzgün icra etməməsi səbəbindən yaranır. Bəzən sərnişinlər istifadəyə yararsız halda olan kağız əsginasları və ya qəpik pulları terminala daxil etməyə çalışırlar. Ona görə də, aparatlar həmin pulu qəbul etmir. Bütün hallarda yaranan vəziyyətlə  bağlı vətəndaşların şirkətin müştəri xidməti ilə əlaqə saxlaması tövsiyyə olunur. “Qaynar xətt”ə müraciət edən hər bir şəxsə dəstək olunur. Öncəliklə ödənişin həyata keçirilib-keçirilməməsi yoxlanılır və müştəriyə məlumat verilir. Terminallar adətən müşahidə kameralarının olduğu yerlərdə quraşdırıldığından mübahisəli məsələlərin həlli üçün bu görüntülərdən də lazım gəlsə istifadə olunur. Müştəri şikayətində haqlıdırsa, məbləğ ona geri ödənilir”.   

Qeyd edək ki,  vətəndaşlar  ödəniş zamanı çətinlik yaşayarsa,  *0010 nömrəsi  ilə əlaqə saxlaya bilərlər. “Qaynar xətt” nörməsi 7/ 24 aktivdir/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR