Dərc edildi: Baxış sayı: 369
“MilliÖn”-lər ləğv oluna bilərmi?
İctimai nəqliyyatda nağdsız ödənişə keçid ilə həyatımıza daxil olan ödəmə terminallarından şikayətlər bitib tükənmək bilmir. Bəziləri qəpik pulları qəbul etmir, bəziləri də kağız. Bəzən hətta ödəniş edirsən, məbləğ karta yüklənmir.
Bizimyol.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məsələ ilə bağlı redaktor.az-a açıqlamasında sözügedən terminallarının sayının azaldılması məsələsi gündəmdə olmadığını bildirib:
“Əksinə, problemi aradan qaldırmaq üçün ödəmə alətlərini çoxaltmaq daha yaxşıdır. Məsələn, onlayn ödəmə. Bununla bağlı da hazırda işlər gedir. Yeniliyin hansı tarixdən tətbiq olunacağı hələ ki məlum deyil. Dəqiqləşdirilən kimi mediaya ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli “BakıKart” ödəmə kartının balansının onlayn artırılması prosesinin 2019-cu ilin sonuna qədər yükunlaşacağı barədə mediaya açıqlama vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət