2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə…
2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.
Oxu.Az xəbər verir ki, son mövsümü “Qarabağ”da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov Sumqayıt komandası ilə bir illik müqaviləyə imza atıb.
Daşdəmirov “Sumqayıt” FK-da 21 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Arif Daşdəmirov karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa, “Şahdağ” (19 oyun, 2 qol), “MKT-Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AZAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, 13 dəfə Azərbaycan millisinin formasını geyinib.
Səbuhi MUSAYEV
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət