Dərc edildi: Baxış sayı: 399
Millimizin üzvü Almaniyanın məşhur komandasına qarşı oynadı
Almaniyanın “Proyssen” klubu mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Oxu.Az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü liqa təmsilçisi Bundesliqada mübarizə aparan “Bayer”lə üz-üzə gəlib.
Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov 60-cı dəqiqədə dayaq yarımmüdafiəçisi Zandrino Braunla əvəzlənib.
Oyuna gəlincə, Münster təmsilçisi hesabda iki dəfə öndə olsa da, məğlubiyyətdən qaça bilməyib – 2:4.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət