Dərc edildi: Baxış sayı: 527
Millimizin sabiq məşqçisi istefa verdi - Ermənistana görə
Bosniya və Herseqovina millisinin baş məşqçi Robert Prosineçki istefa verib.
Axar.az xəbər verir ki, o, komandasının Avro-2020-nin seçmə mərhələsində Ermənistan yığmasına 4-2 məğlub olmasından sonra bu addımı atıb.
"Bosniya və Herseqovina Avro-2020-də iştirak edə bilməyəcək. Özümü günahkar hesab edirəm və istefa verirəm", - Prosineçki açıqlamasında deyib.
Qeyd edək ki, Prosineçki bundan əvvəl Azərbaycan millisini çalışdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət