Dərc edildi: Baxış sayı: 389
Millimiz Lüksemburqa uduzdu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gəlib.
1:2 hesabı ilə uduzan komandamız mübarizəni dayandırmalı olub.
Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı məğlub edib - 3:0. Bu yığmalar isə elit-raunda vəsiqə qazanıblar.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən U-19 millisi Niderlanda 1:2 hesabı ilə uduzub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət