Slimfit
  1. İDMAN

Millimiz İranda erməniləri məğlub etdi və medal qazandı

Millimiz İranda erməniləri məğlub etdi və medal qazandı
Sakura

Millimiz İranda erməniləri məğlub etdi və medal qazandı

Dünən İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of Children Cup” turniri keçirilib.

Oxu.Az xəbər verir ki, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (-38 kq), Emin QocayevAbdul Abdullayev (hər ikisi -41 kq), Mahir Məmmədov (-44 kq), Ramiq HeybətovNurəddin Novruzov(hər ikisi -48 kq), Ağanəzər Novruzov (-52 kq), Məhəmmədəli Quliyev(-57 kq), Namus Orucov (-62 kq), Səttarxan Allahverdili (-68 kq), Varis Mehdizadə (-75 kq) və Xəlil Allahverdiyevdən (-85 kq) ibarət kollektiv təmsil edib.

Yığmamız qrupda İran-1 komandasına 3:7 hesabı ilə uduzubsa, eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticə ilə qrupda II yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub. 

Fərdi birincilikdə Ruslan Abdullayev, Ramiq Heybətov və Məhəmmədəli Quliyev qızıl, Mahir Məmmədov isə gümüş medalı boynundan asıb.

 

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR