Dərc edildi: Baxış sayı: 506
Millimiz dünya çempionatına 10 taekvandoçu ilə qatılır
Yeniyetmə taekvandoçulardan ibarət millimiz dünya birinciliyinə qatılmaq üçün Özbəkistanın paytaxtı Daşkəndə yola düşüb.
Oxu.Az xəbər verir ki, 7-10 avqust tarixlərində keçiriləcək yarışda millimizin üzvləri 10 çəki dərəcəsində mübarizə aparacaqlar.
Millimiz turnirdə yeddi oğlan və üç qız idmançı ilə təmsil olunacaq. Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun sərəncamında oğlanlardan Şamil Mirzəyev (-33 kq), Nihat Məmmədzadə (-37 kq), Pünhan Mürsəlov (-41 kq), Kənan Əmiraslanov (-45 kq), Fərid Əliyev (-49 kq), Nizami Hacıyev (-53 kq), Asim Əlimov (+65 kq), qızlardan isə Zemfira Həsənzadə (-29 kq), Nəzirə Ölməz (-47 kq) və Səmmərux Osmanova (-51 kq) olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət