Slimfit
  1. İDMAN

Millimiz baş məşqçisiz qaldı

Millimiz baş məşqçisiz qaldı
Sakura

Millimiz baş məşqçisiz qaldı

Qadın voleybolu üzrə millimiz baş məşqçisiz qalıb.

Oxu.Az xəbər verir ki, italiyalı baş məşqçi Covanni Kaprara müqaviləsi başa çatdığından ölkəsinə qayıdıb.

Azərbaycan Voleybol Federasiyasından bu xəbəri təsdiqləyiblər:

 "Bəli, Kaprara ilə müqaviləmiz qısamüddətli idi və başa çatıb. Ancaq onunla yeni müqavilə bağlanıb-bağlanmayacağı barədə dəqiq məlumat verə bilmərik. Hazırda yığma komandalar fasilədədir.

Komandamız Avropanın ilk "10-luğ"una düşdüyündən yanvarda qitənin digər yeddi komandası ilə Olimpiadaya vəsiqə üçün bir yer uğrunda mübarizə aparacaq. Bu səbəbdən həmin tarixə hələ çox vaxt qaldığından yeni baş məşqçimizin kimliyi hələ aktual deyil".

Qeyd edək ki, Covanni Kaprara millimizin başına may ayında keçmişdi. Təcrübəli mütəxəssis Avropa Liqasında, Braziliyada keçirilən Olimpiya lisenziyalı turnirdə və Avropa çempionatında komandaya baş məşqçilik edib. Komandamız ilk iki turnirdə uğursuz olsa da, qitə birinciliyində 1/8 finaladək irəliləmişdi.

Səbuhi Musayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR